Accessibility links

Urmiyədə elektrik stansiyasının işçiləri aksiya keçirib


Urmiyənin kombinə tsiklli elektrik stansiyasının işçiləri mart ayının 9-da mitinq keçiriblər.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyi stansiyanın girişində təşkil olunan aksiyanın dinc keçirildiyini bildirib.

“Stansiyanın işçilərindən bir qrup bugün dinc aksiya keçirir. Rəşəkan Polis Mərkəzindən hüquq-mühafizə qüvvələri mitinq yerinə gəlib və işçilər ilə bərabər Qərbi Azərbaycan vilayəti baş prokurorunun nümayəndəsinin gəlməsini gözləyirlər,” İLNA cümə axşamı günü bildirib.

Agentliyə danışan işçilər bayram ərəfəsində hüquqlarının ödənilməməsi və işçilərin ixtisar olunduğuna etiraz bildirmək üçün mitinq keçirdiklərini söyləyiblər.

İşçilər deyib ki, biz bayram ərəfəsində ixtisar olunmağa, habelə maaş və ödənişlərimizin ödənilməməsinə etiraz üçün toplanmışıq.

Aksiya iştirakçıları gecikmiş maaş və ödənişlərini və ixtisar edilən işçilərin yenidən işə götürülməsini tələb edirlər.

XS
SM
MD
LG