Accessibility links

İran höküməti məktəblərdə zəhərlənmə halları ilə bağlı 100-dən çox şəxsin saxlanıldığını bildirib


İranın Daxili İşlər Nazirliyi ölkənin müxtəlif şəhərlərində qız məktəblərində davam etməkdə olan kütləvi zəhərlənmə hadisələri ilə bağlı İran Azərbaycanı da daxil olmaqla fərqli vilayətlərdə 100-dən çox şəxsin həbs edildiyini bildirib.

Nazirliyin şənbə günü yayımladığı bəyanatda yazılanlara görə, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Həmədan, Tehran, Qum, Rəzəvi Xorasan, Fars, Kürdüstan, Xuzistan və Gilan vilayətlərində zəhərlənmə olaylarında məsuliyyət daşıyan 100-dən çox şəxs həbs edilib.

İran hökümətinin dolat.ir saytında dərc edilən bəyanatda saxlanılanların kimliyi ilə bağlı heç bir məlumat verilməyib.

Daxili İşlər Nazirliyinin bəyanatında deyilib ki, saxlanılan şəxslərin “münafiq terror təşkilatları ilə mümkün əlaqələrinin aşkarlanması üçün” təhqiqat aparılacaq.

İlk dəfə keçən noyabr ayında İranın dini təhsil mərkəzi olan Qum şəhərindəki qız məktəblərində baş verən zəhərlənmə hadisələri son həftələrdə artaraq ölkənin müxtəlif vilayətlərinə yayılıb.

Mart ayının 11-də İranın Xuzistan vilayətində daha bir neçə məktəbdə kütləvi zəhərlənmə baş verib.

Hüquq müdafiəçiləri İranın müxtəlif şəhərlərində zəhərlənən şagirdlərin yaxınları tərəfindən təşkil olunan etiraz aksiyalarında bəzi vətəndaşların nəzarət altına alındığını bildiriblər. Keçən günlərdə Urmiyə sakini bloqer Rza Purcəfər zəhərlənmələr haqqında məlumat yaydığı üçün həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG