Accessibility links

ÜST: COVID-19-un mənşəyinin tapılması vacib bir mənəvi şərtdir


Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinin bildidiyinə görə, COVID-19-un mənşəyini aşkar etmək əxlaqi bir imperativdir və bütün fərziyyələr araşdırılmalıdır. O, BMT orqanının virusun necə yarandığını tapmağa sadiq qaldığını açıq şəkildə ifadə edib.

The Wall Street Journal qəzetinin verdiyi məlumata görə, ABŞ-ın agentliyi pandemiyanın Çin laboratoriyasından təsadüfən sızması nəticəsində baş verdiyini deyib və ÜST-ə cavab tapmaq üçün təzyiqi artırıb.

Pekin ABŞ Nümayəndələr Palatasının bu həftə məxfiliyin ləğvi üçün səsverməsindən sonra tezliklə ictimaiyyətə açıqlana biləcək qiymətləndirməni rədd edir.

Tedros Adhanom Qebreyesus "COVID19-un mənşəyini anlamaq və bütün fərziyyələri araşdırmaq elmi baxımdan imperativ olaraq qalır" - deyə, Twitter-də bildirib.

O, ÜST-nin COVID-19-un qlobal yayılmasını təsvir etmək üçün ilk dəfə "pandemiya" sözündən istifadə etməsinin üç illiyi münasibəti ilə bunları yazıb.

Fəallar, siyasətçilər və ziyalılar bu həftə sonu açıq məktubda ildönümünün diqqət mərkəzində COVID-19 peyvəndinin qeyri-bərabər yayılmasının təkrarlanmasının qarşısını almaq olduğunu bildirirərək, pandemiyanın ən azı 1.3 milyon qarşısı alına bilinən ölümə səbəb olduğunu qeyd edib.

2021-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının rəhbərlik etdiyi bir qrup Çinin ilk insan yoluxmasının qeydə alındığı Uhan şəhəri və onun ətraflarında həftələrlə araşdırmaq apararaq, birgə hesabatda virusun yarasalardan insanlara başqa bir heyvan vasitəsilə ötürüldüyünü, lakin əlavə araşdırmalara ehtiyac olduğunu bildirib. Çin bundan sonra daha çox səfərə ehtiyac olmadığını deyərək, bu kimi araşdrmalara yol verməyb.

O vaxtdan bəri ÜST təhlükəli patogenlər üzrə elmi məsləhət qrupu yaratsa da, vacib məlumatların çatışmadığını deyərək, pandemiyanın necə başladığına dair hələ heç bir nəticəyə gəlməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG