Accessibility links

Rusiya Sudanda hərbi baza yaratmaq istəyir


Rusiya Sudanda hərbi baza yaratmaq istəyir
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Rusiya Sudanda hərbi baza yaratmaq istəyir

Sudan Qərbin müqavimətinə baxmayaraq, ölkənin hərbi idarəçilikdən mülki idarəetməyə keçidini başa vuran kimi Rusiyanın Afrikadakı ilk donanma bazasına ev sahibliyi edəcəyini bildirib. Lakin bəzi sudanlılar bazanın gətirəcəyi işi dəstəkləsələr də, yerli qəbilə liderləri xarici hərbi mövcudluğa qarşı çıxır.

Port Sudan Sudanın Qırmızı dənizlə həyati əlaqəsidir, qlobal güclər və onu əhatə edən ölkələr üçün ən azı Süveyş kanalına çıxışı strateji əhəmiyyət kəsb edən su hövzəsidir

Port Sudan fevral ayında Rusiya xarici işlər naziri Sergey Lavrovun Sudana səfərindən sonra manşetlərə çıxıb. Səfər zamanı 2021-ci ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirən Sudan xuntası Rusiyaya şəhərdə yeni dəniz bazası vəd edib. Lakin Qırmızı dəniz sahillərində böyük təsirə malik olan yerli qəbilə liderlərinin başqa fikirləri var. Məhəmməd Karar Kurbaa deyir ki, o və digər yerli liderlər Rusiya bazasına qarşıdırlar.

"Biz imtina edirik, çünki onlar sadəcə limanımızı ələ keçirib işini dayandırmaq istəyirlər. İnvestisiya yoxdur. Onlar cəhd ediblər. Biz limanımızda heç bir ordu istəmirik".

Fevral ayında Londonda yerləşən Middle East Eye xəbər saytı Sudan yaraqlılarının güclü lideri Məhəmməd Həmdan Daqalonun Qırmızı dəniz sahillərində hərbi bazalar açmağa cəhd etdiyini, lakin inkişaf üçün pul tələb etməsindəndən sonra yerli qəbilə liderlərinin qarşısını aldığını bildirib.

Əvvəllər Port Sudanda kiçik Rusiya logistika bazasının yaradıldığı deyilir, lakin yerli media və sakinlərə görə, 2021-ci ildə onun fəaliyyəti dayandırılıbb. Şəhərin Flaminqo rayonundakı köhnə bazanın yaxınlığında adını açıqlamaqdan imtina edən bir yerli sakin Amerikanın Səsinin Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasını dəstəkləyib-dəstəkləmədiyini soruşduqda belə cavab verib:

"Əgər bu, bizim maraqlarımıza uyğundursa, biz bunu avtomatik qəbul edəcəyik. Mənə onların britaniyalı, rusiyalı və ya amerikalı olmasının fərqi yoxdur".

Analitiklərdən biri deyib ki, illərdir Port Sudanda tamhüquqlu Rusiya hərbi-dəniz bazası haqqında söhbət gedir, lakin bu, heç vaxt baş tutmayıb.

"İtkin düşmüş hərbi-dəniz bazası məsələsi uzun illərdir davam edir. Bu baza vəd olunub ki, neçə dəfə tikilib, bilmirəm, beş-altı dəfə"- deyə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Kameron Hadson bildirib.

Başqa bir analitik hesab edir ki, əgər Sudanın hakim xuntası bunu həyata keçirməkdə qərarlı olsa, baza məsələsidavam edə bilər.

"Bilmirəm. Düşünürəm ki, bu, dəniz bazasından çox asılıdır. Rejim Sudanda 100% hərbi gücün möhkəmlənməsinə doğru gedirsə, bu, siyasi prosesin tutacağı istiqamətdən çox asılıdır" - deyə, Afrika Buynuzunda Qadınlar üçün Strateji Təşəbbüs Mərkəzindən Halə Əl Karib bildirib..

Sudanın artıq Rusiya və Rusiyanın hərbiləşdirilmiş "Vaqner" qrupu ilə yaxşı əlaqələri var. Sudan xuntasının Rusiya silahları müqabilində ölkənin qızılını satdığı da bildirilir.

XS
SM
MD
LG