Accessibility links

Ukrayna və ABŞ-ın müdafiə rəsmiləri Kyivə hərbi yardımı müzakirə edib


ABŞ-ın üç yüksək rütbəli təhlükəsizlik rəsmisi bir qrup ukraynalı həmkarı ilə Kyivə hərbi yardımların müzakirəsi məqsədi ilə vide-konfrans keçirib. Bu haqda Volodimir Zelenskinin prezident aparatının rəhbəri bildirib.

Andriy Yermak Telegram mesajlaşma proqramında yazıb: "Biz ölkəmizə lazımi yardımın, xüsusən də nəqliyyat vasitələri, silah və sursatların gələcəkdə göstərilməsini müzakirə etdik".

Yermakın sözlərinə görə, o, Ukraynanın müdafiə naziri Oleksii Reznikov, general-mayor Valeri Zalujnı və bir sıra digər yüksək rütbəli komandirlər və məmurlar cümə günü iclasda iştirak edib.

Qarşı tərəfi ABŞ müdafiə naziri Lloyd Ostin, yüksək səviyyəli hərbi komandir Mark Milley və Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan təmsil edib.

Ağ Evin cümə günü yaydığı bəyanatda deyilir ki, "Ukraynalı rəsmilər döyüş meydanı şəraiti ilə bağlı məlumat verib və ABŞ-ın təhlükəsizlik yardımının davam etdirilməsinə görə minnətdarlıqlarını bildirib".

Yermak ABŞ tərəfinə konkret tələblərin təfərrüatlarını açıqlamayıb. Görüş Kyivin ABŞ-ın ən əhəmiyyətlisi olduğu Qərb dəstəkçilərindən əks-hücum əməliyyatı keçirmək və ötən il Moskva tərəfindən ələ keçirilən əraziləri geri almağa çalışdığı bir vaxtda baş tutub.

Yermak əlavə edib ki, Zelenski təxminən 13 ay əvvəl Rusiyanın iişğal etdiyi Ukrayna ərazilərinin azad edilməsi ilə bağlı fikirlərini bildirmək üçün sonda görüşə qatılıb.

"Biz müttəfiqlərimizə cəbhədəki mövcud vəziyyət, ən çətin bölgələrdə döyüş əməliyyatları, eləcə də Ukrayna ordusunun təcili ehtiyacları barədə ətraflı məlumat verdik" - deyə, Yermak bildirib.

XS
SM
MD
LG