Accessibility links

Banqladeşdə avtobusun aşması nəticəsində azı 19 nəfər ölüb


Banqladeşdə yüksək sürətlə hərəkət edən avtobusun ekspress yoldan çıxaraq xəndəyə aşması nəticəsində azı 19 nəfər ölüb, onlarla adam yaralanıb.

Qəzanın baş verdiyi Şibçar şəhərinin polis rəsmisi Anovar Hüseyn bildirib ki, yaralı sərnişinlərdən bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər.

Şəhər paytaxt Dəkkədən 80 km-lik məsafədə yerləşir.

Hüseyn bildirib ki, 40-dan çox sərnişini daşıyan avtobus 9 metrlik xəndəyə düşüb.

O, ölən sürücünün avtobusun təkərinin partlamasından sonra idarəetməni itirdiyini və qəzanın səbəbinin araşdırıldığını bildirib.

Banqladeşdə yol qəzaları tez-tez baş verir. Ehtiyatsız sürücülük, köhnə nəqliyyat vasitələri və zəif təhlükəsizlik qaydalarına görə hər il minlərlə insan həlak olur.

2018-ci ildə iki yeniyetmənin ölümü bir sıra kütləvi etirazlara səbəb olub.

Hadisə Baş nazir Şeyx Hasina hökumətini avtomobil idarə edərkən ölümə səbəb olanların maksimum həbs müddətini üç ildən beş ilədək artırmağı təsdiqləməyə məcbur edib.

XS
SM
MD
LG