Accessibility links

Qəzvində kütləvi etirazların qurbanlarından olan Cavad Heydərinin bacısı işindən qovulub


Fatimə Heydəri qardaşı məzarı üstündə ağ geyinib
Fatimə Heydəri qardaşı məzarı üstündə ağ geyinib

İran Azərbaycanının Qəzvin şəhərində kütləvi etirazlarda öldürülən Cavad Heydərinin bacısı Fatimə Heydəri dövlətin Xəritəçəkmə Təşkilatındakı işindən qovulub.

Fatimə Heydəri öz Twitter hesabında dövlətin Xəritəçəkmə Təşkilatı tərəfindən ona göndərilən müqaviləyə xitam məktubunu paylaşaraq, bu dövlət qurumudakı işindən qovulduğundan xəbər verib.

İranın büdcə və planlaşdırma təşkilatına tabe olan qurumlardan biri olan Xəritəçəkmə Təşkilatı həmin məktubda Cavad Heydərinin bacısı Fatimə Heydərini "idarədə davamlı iştiraksızlıq" səbəbindən işindən çıxarıldığını qeyd edib.

Qəzvində hakimiyyətə qarşı etirazlarda qardaşı Cavadın ölümündən sonra Fatimə Heydəri dəfələrlə müxtəlif yollarla hökumətə etirazını nümayiş etdirib və beləliklə məhkəmədə onun barəsində iş açılıb.

O, tvitində işindən qovulması ilə bağlı "Qardaşımın qanının intiqamını almaq üçün və haqqını tələb etmək üçün işim heç, canımı da verərəm" yazıb. O, tvitində ötən il nümunəvi əməkdaş kimi təltif olunduğunu, bu il isə işdən çıxarıldığını da yazıb.

Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində keçirilən etiraz aksiyalarında öldürüldükdən sonra Heydəri ailəsi, o cümlədən iki qardaşı Höccət və Məhəmməd həbs edilib. Ailə müxtəlif basqılara məruz qalıb.

XS
SM
MD
LG