Accessibility links

Blinken: Çinin sülh planı Rusiyanın Ukraynada təcavüzünə son qoymayacaq


Blinken: Çinin sülh planı Rusiyanın Ukraynada təcavüzünə son qoymayacaq
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Blinken: Çinin sülh planı Rusiyanın Ukraynada təcavüzünə son qoymayacaq

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü qanunvericilərə deyib ki, Çinin Rusiyaya diplomatik və maddi dəstəyi ABŞ-ın Ukraynada müharibəyə son qoymaq marağına ziddir. Onun Konqresdə verdiyi ifadə Çin Preizdenti Şi Tsinpinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün telefon danışığından öncəyə təsadüf edir.

Çərşənbə günü Çin prezidenti Şi Tsinpinin Moskvaya səfəri ərəfəsində Rusiya raketləri Ukraynanın yaşayış binalarını bombalayıb.

Ruisya Prezidenti Vladimir Putin Çinin vasitəçiliyi ilə irəli sürülən sülh təklifini dəstəklədiyini deyir, ancaq Ukrayna diplomatik danışıqların yalnız Rusiya öz qüvvələrini Ukrayna ərazisindən çıxaracağı halda baş verə biləcəyini bildirir.

Vaşinqtonda ABŞ qanunvericiləri və Dövlət katibi Antoni Blinken deyir ki, onlar Çinin motivlərinə skeptik yanaşırlar.

"Düşünürəm ki, onların Rusiyaya diplomatik dəstəyi, siyasi dəstəyi və müəyyən dərəcədə maddi dəstəyi şübhəsiz ki, bizim bu müharibəyə son qoymaq marağımıza ziddir," Blinken deyib.

Ancaq Çin rəsmiləri Pekinin Ukrayna sülh danışıqlarını təşviq etmək öhdəliyini üzərinə götürməsində israr edirlər.

"Çinin Ukrayna məsələsində heç bir eqoist niyyəti yoxdur, kənardan izləməyib, alovu körükləməyib ya da qazanc əldə etmək üçün fürsətdən istifadə etməyib. Çinin etdikləri bir sözlə, sülh danışıqlarını təşviq etməkdən ibarətdir," Çinin xarici işlər naziri Vanq Venbin deyib.

Ukrayna prezidenti Volodimir Zelenski Çin liderinin Ukrayna perspektivini daha aydın görəcəyinə ümid edərək, Şi Tsinpinlə danışmaqda maraqlı olduğunu bildirib.

Ancaq analitiklər danışıqlarda çətinliklər yaradacaq məqamların olduğunu vurğulayır.

"Çətinlik ondadır ki, çinlilər bitərəf olduqlarını desələr də, onların sülh sazişi ilə bağlı bütün təklifləri əslində çox rusiyayönümlüdür. Başqa sözlə desək, onlar bir növ atəşkəsdən, Putinin artıq işğal və zəbt etdiyi əraziləri əlində saxlaya biləcəyi bir atəşkəsdən danışır və bu, sadəcə olaraq Zelenski və ukraynalılar üçün qəbuledilməzdir," Corctaun Universitetinin Asiya Araşdırmaları üzrə professoru Dennis Uaylder deyir.

Dövlət katibi Blinken çərşənbə günü Çinə Rusiyanı ölümcül silahlarla təmin etməməsinə ilə bağlı xəbərdarlığını yeniləyib və bunun Pekin üçün ciddi iqtisadi nəticələrinin olacağını bildirib.

XS
SM
MD
LG