Accessibility links

Azərbaycan və Böyük Britaniya Çoxmillətli Sülhü Dəstək Əməliyyatları çərçivəsində hərbi təlim keçirib


Azərbaycan və Böyük Britaniya Çoxmillətli Sülhü Dəstək Əməliyyatları çərçivəsində hərbi təlim keçirib (Mənbə: Böyük Britaniya səfirliyi)
Azərbaycan və Böyük Britaniya Çoxmillətli Sülhü Dəstək Əməliyyatları çərçivəsində hərbi təlim keçirib (Mənbə: Böyük Britaniya səfirliyi)

Azərbaycan ilə Böyük Britaniya müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” martın 24-də başa çatıb.

Azərbaycan Müdafiə Nazirliynin məlumatına görə, hərbi hissənin şəxsi heyətinin, Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auldun, o cümlədən Britaniya Hərbi Məsləhətçi Təlim Qrupunun mütəxəssislərinin və dinləyicilərin iştirakı ilə kursu bitirənlərə sertifikatlar təqdim olunub.

“Təlim qrupunun mütəxəssislərinin iştirakı ilə keçirilən kursda hərbi qulluqçulara Sülhə Dəstək Əməliyyatları, BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahla münaqişə hüququ, eləcə də digər mövzular üzrə praktiki təlimlər keçirilib”, məlumatda qeyd edilib.

Azərbaycan və Böyük Britaniya Çoxmillətli Sülhü Dəstək Əməliyyatları çərçivəsində hərbi təlim keçirib (Mənbə: Böyük Britaniya səfirliyi)
Azərbaycan və Böyük Britaniya Çoxmillətli Sülhü Dəstək Əməliyyatları çərçivəsində hərbi təlim keçirib (Mənbə: Böyük Britaniya səfirliyi)

Öz növbəsində səfir Fergus Auldun Twitter hesabında yazıb ki, martın 24-də Çoxmillətili Sülhü Dəstək Əməliyyatları Kursu başa çatıb.

“Praktiki təlimlər BMT Nizamnaməsinə uyğun olaraq davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib və 4 həftə çəkib”, o qedy edib.

Britaniya Hərbi Məsləhətçi Təlim Qrupu (BMATT (Czech Republic) Twitter hesabında yazıb ki, Azərbaycanın sülhməramlı batalyonları təsdiqləmə təlimində əla nəticələr göstərib.

“Azərbaycan sülhməramlıları sülhməramlı əməliyyatlar zamanı hərtərəfli sınaqlardan keçirilərək, etibarlı olduqlarını sübut etdilər”, Britaniya Hərbi Məsləhətçi Təlim Qrupu qeyd edir.

XS
SM
MD
LG