Accessibility links

Putin Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdiriləcəyini deyib


Britaniya Müdafiə Nazirliyinin Twitter hesabında paylaşdığı Rusianın Ukrayna işğalı haqda gündəlik kəşfiyyat məlumatında bildirilir ki, Rusiya mart ayının əvvəlindən “çox güman ki” ən azı 71 İran istehsalı “Shahed” bir istiqamətli pilotsuz uçuş aparatları Ukraynanın müxtəlif ərazilərində zərbələr endirib.

Bir istiqamətli pilotsuz uçuş aparatları hücumlarının fevral ayının sonu iki həftə ərzində dayandırıldığını bildirən nazirlik əlavə edir ki, Rusiyaya təchizatın bərpa edildiyi görünür.

Rusiyanın pilotsuz uçuş aparatlarını iki istiqamətdən göndərdiyi ehtimal edilir. Bunlar Ukraynadan şərqdə Krasnodar və şimal-şərqdə Bryansk əraziləridir. Nazirliyinin verdiyi məlumatda deyilir ki, bu ərazilər Rusiyaya Ukraynanın geniş sektorunu əhatə etmək çevikliyi və Ukraynanın şimalındakı hədəflərə doğru daha az uçuş məsasəfi verir. Bu ərazilər həmçinin “Ukrayna hava müdafiəsini enləndirmək cəhdi” strategiyasının hissəsi ola bilər.

Rusiya Prezidenti Vladimir Putin şənbə günü taktiki nüvə silahlarının qonşu Belarus ərazisində yerləşdirilməsi ilə bağlı razılaşmanı elan edib və əlavə edib ki, Birləşmiş Ştatlar onilliklər ərzində bu cür silahları müttəfiqlərin ərazilərində yerləşdirib.

Rusiya dövlət televiziyasına müsahibəsində Putin bu şərhə səbəb Britaniya müdafiə nazirinin müavinin Ukraynanı tükənmiş uran sursatları ilə təchiz etməsi ilə bağlı bəyanatı olub.

Taktiki nüvə silahları daha güclü olan uzaqmənzilli raketlərə quraşdırılmış nüvə başlıqları ilə müqayisədə qısa mənzilli və aşağı məhsuldarlığa malikdir.

ABŞ-ın 200-ə yaxın taktiki nüvə silahı var. 4 metrlik B61 nüvə bombalarının məhsuldarlığı 0.3 ilə 170 kiloton arasındadır. Onların təxminən yarısı İtaliya, Almaniya, Türkiyə, Belçika və Hollandiyadakı hava bazalarında yerləşdirilib.

ABŞ Rusiyanın 2,000-ə yaxın işlək taktiki döyüş başlığı olduğuna inanır.

Heç vaxt nüvə silahlarını öz sərhədlərindən kənarda yerləşdirməyən Moskva bu silahlara nəzarəti davam etdirəcəyini bildirir. Bununla belə, Putin Belarusa neçə taktiki nüvə silahı göndərəcəyini və ya nə vaxt göndərəcəyini açıqlamayıb – yalnız oradakı anbarın tikintisinin iyulun 1-də başa çatacağını bildirib.

XS
SM
MD
LG