Accessibility links

Şimali Makedoniyanın Ukrayaya 12 hərbi helikopter verəcəyi gözlənilir


Ukrayna ordusunun Mi-24 döyüş helikopteri 2016-cı ildə keçirilən hərbi təlimlər zamanı.
Ukrayna ordusunun Mi-24 döyüş helikopteri 2016-cı ildə keçirilən hərbi təlimlər zamanı.

Şimali Makedoniya Silahlı Qüvvələrinin Baş Qərargahı 12 Mi-24 helikopterinin Ukraynaya göndərilməsini təsdiqləyib. Bu barədə Şimali Makedoniyanın müdafiə naziri Slavyanka Petrovskaya bildirib. Hökumətin bu qərarı çərşənbə günü təsdiq edəcəyi gözlənilir.

Nazirin sözlərinə görə, Mi-24-ün Ukraynaya göndərilməsi Şimali Makedoniya ordusunun döyüş qabiliyyətinə təsir etməyəcək, belə ki, ölkə Qərbdən yeni döyüş helikopterləri almaq niyyətindədir. Bundan əlavə, Mi-24-lərin əksəriyyəti son dövrlərdə döyüş hazırlığında olmayıb.

Söhbət Ukraynanın 20 ildən çox əvvəl Şimali Makedoniyaya satdığı Sovet istehsalı helikopterlərdən gedir. Onların bəziləri İsrailin “Elbit Systems” şirkətinin iştirakı ilə modernləşdirilib. Helikopterlər NATO qüvvələri ilə qarşılıqlı əlaqə üçün uyğunlaşdırılıb.

Müdafiə nazirinin sözlərinə görə, texnika Ukrayna tərəfinin istəyi ilə ötürülür. "Bu, Ukrayna ordusunun bacarıqla istifadə etdiyi texnikadır", - Petrovskaya bildirib.

Ötən ilin avqustunda Şimali Makedoniya Ukraynaya 4 ədəd Su-25 hücum təyyarəsi verib.

Mi-24 helikopterləri daha əvvəl Ukraynaya, xüsusilə Çexiyaya tərəfindən təhvil verilib. Polşa və Slovakiya bu yaxınlarda xidmətdə olan MiQ-29 qırıcılarını Kyivə təhvil vermək qərarına gəliblər. Söhbət sovet istehsalı olan təyyarələrdən gedir. Qərbin döyüş təyyarələri və helikopterləri Ukraynaya hələ çatdırılmayıb.

XS
SM
MD
LG