Accessibility links

Priqojin “Vaqner” qruplaşmasına cəlb edilmiş 5000-dən çox məhbusun müharibədən qayıtdığını və əfv olunduğunu bildirib


Yevgeni Priqojin, “Vaqner” muzdlu qruplaşmasının qurucusu
Yevgeni Priqojin, “Vaqner” muzdlu qruplaşmasının qurucusu

“Vaqner” muzdlu qruplaşmasının qurucusu Yevgeni Priqojin bildirib ki, beş mindən çox işə cəlb olunmuş məhbus Ukraynadakı müharibədən qayıdıb və onların hamısı əfv olunub.

Priqojinin sözlərinə görə, döyüş bölgəsindən qayıdanların yalnız “0,31 faizi əfv olunandan sonra bir ay ərzində cinayət törədib”. Priqojin bu göstəricinin standart göstəricidən 10-20 dəfə az olduğunu iddia edir.

"Biz Rusiyada cinayəti on dəfə azaltdıq, keçmiş məhbusları isə Sovet dövründə pionerlər və oktyabryatlar geyindirildiyindən daha yaxşı geyindirdik" - Vaqner qruplaşmasının sahibinin mətbuat xidmətinin dərc etdiyi şərhdə deyilir.

Bu ilin əvvəlində Yevgeni Priqojin Ukraynada müharibəyə cəlb edilmiş və altı aylıq müqavilə xidmətini başa vurmuş ilk məhbus qrupunun əfv olunduğunu elan etmişdi. Priqojinin sözlərinə görə, onlardan bütün cinayət qeydləri silinib. O, həmçinin vurğulayıb ki, Ukraynada hərbi əməliyyatlarda iştirak edən keçmiş məhbusların çoxu özlərini dinc həyatda tapa bilmədiklərinə və bəlaya düçar olduqlarına görə “təsadüfən” həbsxanaya düşüblər.

Sonradan məlum olub ki, məhbuslar Vladimir Putinin ictimailəşdirilməmiş əfv fərmanları əsasında cəzalarını davam etdirməkdən azad ediliblər.

Əfv olunan məhbuslar arasında “Agenstvo” nəşrinin və BBC-non Rus Xidmətinin jurnalistləri residivist oğruları, narkotik satıcıları və qatilləri müəyyən ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG