Accessibility links

Amerikanın cənub bölgələri güclü tornadolara məruz qalıb


Amerikanın cənub bölgələri güclü tornadolara məruz qalıb
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Ötən həftə sonu güclü tornadolar Amerikanın cənub bölgəsində əsasən kənd yerlərini dağıdıb, onlarla insanın ölümünə səbəb olub. On minlərlə insan işıqsız və susuz qaldığından axtarış-xilasetmə işləri davam edir. Prezident Co Bayden bölgəni "fəlakət zonası" elan edərək, bərpa səylərini dəstəkləmək üçün federal yardım ayırıb.

Missisipi ştatının cənubundakı Armori Liseyinin müşahidə videosu Alabama sərhədi yaxınlığındakı qasırğanın keçdiyi anları göstərib.

Cümə günü gecə iki cənub ştatda güclü tufanlar baş verib. İyirmidən çox insanın öldüyü, onlarla insanın itkin düşdüyü təsdiqlənib. Ən çox zərər çəkmiş ərazilər arasında əhalinin təxminən beşdə birinin yoxsulluq həddinin altında yaşadığı Missisipi ştatının Rolling Fork kənd icması olub.

Sakinlərinin təxminən üçdə biri sərt hava şəraitinə tab gətirə bilməyən mobil evlərdə yaşayır. Milli Hava Xidməti tornado ilə bağlı ölümlərin yarısından çoxunun mobil evlərdə baş verdiyini bildirib.

Roma Papası Fransisk Vatikandan etdiyi həftəlik müraciətində fəlakət qurbanları üçün dualar oxumağa çağırıb. Prezident Co Bayden Missisipidə böyük bir fəlakət olduğunu elan edərək, bərpa səylərinə yardım məqsədi ilə federal yardım ayırıb.

Bu səylərə Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi və ya FEMA nəzarət edəcək. FEMA administratoru Dean Krisvell ABC tele kanalının "Bu həftə" verilişinə danışıb.

"Mənim üçün ən böyük prioritet yerli yurisdiksiyaların - ilk müdaxilə edənlərin ehtiyac duyduqları bütün resurslara malik olduğundan əmin olmaqdır. İkincisi, biz bu ailələrin qayğısına qalmağa başlayırıq. Mən bilirəm ki, Amerika Qırmızı Xaç artıq ordadır və sığınacaqlar yaradır. Bunlar müvəqqəti sığınacaqlardır. Ailələrin hər şeyini itirdiyini bilirik və buna görə də indi onlarla işləmək və bu müvəqqəti sığınacaq məsələsinin necə olacağını öyrənməliyik və sonra evlərini yenidən qurarkən onlara daha uzun müddətə dəstək verməliyik".

Milli Meteoroloji Xidmət tornadonun ilkin E-F-4 reytinqi aldığını, yəni saatda 265 kilometrdən 320 kilometrə qədər sürətli küləklə müşayiət ola bildiyiini bildirib. Agentliyin məlumatına görə, E-F-1 tornadosu qasırğanın intensivliyinin təxminən yarısı səviyyəsində küləyin səyyar evləri yerlə yeksan etməyə qadir olduğu qədər güclüdür.

Missisipi rəsmiləri ştat sakinləri üçün təcili sığınacaqlar və yüzlərlə çarpayı qurub. Bazar günü səhər saatlarına olan məlumata görə, bölgədə on minlərlə insan işıqsız və susuz qalıb. Fırtına Gorciya ərazisindən keçib.

XS
SM
MD
LG