Accessibility links

Co Bayden: ABŞ və Azərbaycan xalqları arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm


U.S. President Biden delivers remarks on the banking crisis, in Washington
U.S. President Biden delivers remarks on the banking crisis, in Washington

ABŞ prezidenti Cozef Bayden Azərbaycan prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə Azərbaycan Prezidentinin rəsmi veb saytında yerləşdirilmiş məlumatda bildirilir.

"Amerika xalqı adından Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı münasibətilə ən xoş arzularımı yetirirəm," məlumata əsasən, Co Baydenin Novruz bayramı münasibətilə İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.

"Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər. Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm. Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir", məktubda deyilir.

Martın 20-də Ağ Evin açıqladığı bəyanatda prezident Bayden və birinci xanım Cil Bayden Birləşmiş Ştatlarda, eləcə də Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya, Qafqaz, Avropa da daxil olmaqla, bütün dünyada Novruz bayramını qeyd edən hamıya ən xoş arzularını çatdırıblar. Novruz bayramı münasibətilə Ağ Evdə həmçinin bayram tədbiri keçirilib.

XS
SM
MD
LG