Accessibility links

Rusiya Yapon dənizində saxta hədəfə raketlər atıb


Rusiyanın Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Rusiya Hərbi Dəniz Qüvvələri Yapon dənizində saxta hədəfə gəmi əleyhinə supersonik raketlər atıb.

"Yapon dənizi sularında Sakit Okean Donanmasının raket gəmiləri Moskit qanadlı raketləri ilə düşmənin uydurma dəniz hədəfinə zərbələr endirib. Təxminən 100 kilometr məsafədə yerləşən hədəf iki qanadlı "Moskit" raketinin birbaşa zərbəsi ilə uğurla vurulub", nazirliyin Telegram hesabında verdiyi açıqlamada deyilir.

Sovet dövrü istehsalı P-270 Moskit ortamənzilli, supersonik qanadlı raketdir və 120 kilometrə qədər məsafədə gəmini məhv edə bilər.

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Tokionun Moskvanın hərbi əməliyyatlarına qarşı ayıqlıq göstərəcyini bildirərək, raket buraxılışından sonra heç bir zərərin qeydə alınmadığını bildirib.

"Rusiyanın Ukraynaya təcavüzü davam etdikcə Rusiya qüvvələri də Uzaq Şərqdə, o cümlədən Yaponiyanın ətraflarında fəallaşır", Hayaşi mətbuat konfransında deyib.

Raketlərin buraxılışı Rusiyanın nüvə silahı daşıya bilən iki strateji bombardmançı təyyarəsinin Yapon dənizi üzərində 7 saatdan çox uçuş həyata keçirməsindən bir həftə sonraya təsadüf edir.

Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planları ilə bağlı sualın cavabında Hayaşi bildirib ki, Yaponiya bu addımı pisləyir, Rusiya və Belarusdan gərginliyi daha da artıracaq heç bir əmələ yol verməməyi tələb edir.

XS
SM
MD
LG