Accessibility links

Milli Məclisin deputatı Fazil Mustafa silahlı hücuma məruz qalıb, güllə yarası alıb


Fazil Mustafa, millət vəkili (Arxiv foto. mənbə: VOA)
Fazil Mustafa, millət vəkili (Arxiv foto. mənbə: VOA)

Martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evin qarşısında silahlı hücuma məruz qalıb.

Baş Prokurorluğun Mətbuat xidməti bildirir ki, Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimiayyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir.

“Cinayəti törətmiş şəxsin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri görülür. Cinayətin mötivi, kimin tərəfindən törədilməsi hələ məlum ddeyil. Hazılrda araşdırma aparılır. Əlavə məlumat veriləcək”, o qeyd edib.

Silahlı hücuma məruz qalmış millət vəkili Fazil Mustafanın gətirildiyi xəstəxananın önü.
Silahlı hücuma məruz qalmış millət vəkili Fazil Mustafanın gətirildiyi xəstəxananın önü.

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) yaydığı məlumata əsasən, Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir. Deputatın həyatı üçün təhlükənin olmadığı, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

"TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib. Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur", məlumatda deyilir.

XS
SM
MD
LG