Accessibility links

Ukraynada durum Demokratiya Sammitinin diqqət mərkəzində


Ukraynada durum Demokratiya Sammitinin diqqət mərkəzində
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Ukraynada durum Demokratiya Sammitinin diqqət mərkəzində

ABŞ Dövlət Departamenti bu həftə 120 ölkəni, vətəndaş cəmiyyəti qruplarını və texnologiya şirkətlərini bir araya gətirən ikinci Demokratiya Sammitinə ev sahibliyi edib. Əsasən virtual formatda keçirilən sammitdə Hindistan, İsrail və Polşa kimi qeyri-demokratik siyasətlərinə görə son zamanlar tənqid edilən bəzi ölkələr də qatılıb. Sammitin diqqət mərkəzində Ukraynada müharibə olub.

Rusiyanın Ukraynaya qarşı təccavüzünün davame etdiyi vaxt Ukrayna qüvvələrinin bölməsi Donetsk vilayətinin şərqində Rusiyanın mövqelərini Fransa istehsalı olan haubitsalardan atəşə tutur.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çərşənbə axşamı ABŞ tərəfindən təşkil edilən Demokratiya Sammitinə virtual qoşularaq Ukrayna xalqının sülhü hamıdan çox istədiyini, lakin nəyin bahasına olursa olsun sülhün illüziya olduğunu deyib.

Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba: “Ukrayna xalqı yalnız o zaman sülhü qəbul edəcək ki, bu, Rusiya təcavüzünün tam dayandırılmasına, Rusiya qüvvələrinin Ukrayna ərazisindən tamamilə çıxarılmasına və dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasına zəmanət versin”.

Dövlət katibi Antoni Blinken çərşənbə axşamı keçirilən Demokratiya Sammitində müzakirələri açaraq deyib ki, diktaturaların demokratiyalar üçün yaratdığı təhlükəni heç bir şey Rusiyanın Ukraynaya səbəb olmadan başladığı müdaxilıdan daha yaxşı izah edə bilməz. Blinken Ukraynanın sülh təklifini dəstəkləyib və Çininki kimi digər təklifləri ad çəkmədən rədd edib.

ABŞ dövlət katibi Antoni Blinken: “Biz hamımız yaxşı niyyətli kimi görünə bilən məsələn, atəşkəs çağırışı kimi cəhdlərin fərqində olmalı və ehtiyatlı olmalıyıq, çünki bu, potensial olaraq münaqişənin dondurulmasına gətirib çıxararaq, Rusiyaya əldə etdiyi nailiyyətləri möhkəmləndirmək, dincəlmək, yenidən təchiz olunmaq, sonra yenidən hücum etmək üçün vaxtdan istifadə etmək imkanı verə bilər.”

Amerikanın Səsi ilə danışan ekspert Maykl Kimmeyc bildirib ki, prezident Co Baydenin ev sahibliyi etdiyi ikinci Demokratiya Sammiti İsrail kimi ABŞ-ın yaxın müttəfiqləri ilə gərginlik də daxil olmaqla bir sıra problemlərlə qarşılaşır. Lakin o, Ukraynaya dəstək qazanmağın sammitin əsas diqqət mərkəzində olduğunu deyib.

Katolik Universitetinin tarix professoru Maykl Kimmeyc: “İsraildə dramatik hadisələr baş verir ki, bu, İsrailin demokratiya olaraq nə olduğunun mahiyyətinə toxunur. Müxtəlif Avropa ölkələri arasında geriyə çəkilmə var. Bu, yeni məsələ deyil. Amma düşünürəm ki, prezident Bayden üçün əsas problem odur ki, Cənubi Afrika, Braziliya və Hindistan kimi bir çox demokratiyalar ABŞ-ın Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəstəkləmir”.

Kimmeyc Amerikanın Səsinə bildirib ki, çətinliklərə baxmayaraq, Ukraynanın demokratik yolla seçilmiş prezidenti Volodimir Zelenskinin rəhbərliyi altında kağız üzərində qüdrətli Rusiya ordusuna qarşı döyüş meydanında əldə edilən nailiyyətlər ilham mənbəyidir və bütün dünyada demokratiya üçün hərəkətverici qüvvə ola bilər.

XS
SM
MD
LG