Accessibility links

ABŞ dünya boyu demokratiyanın təşviqi üçün əlavə 690 milyon dollar ayırır


ABŞ dünya boyu demokratiyanın təşviqi üçün əlavə 690 milyon dollar ayırır
please wait

No media source currently available

0:00 0:02:52 0:00

ABŞ dünya boyu demokratiyanın təşviqi üçün əlavə 690 milyon dollar ayırır

Birləşmiş Ştatlar qlobal miqyasda demokratiyanı təşviq edən proqramlar üçün yeni maliyyə dəstəyi elan edib. Vaşinqtonda keçirilən Demokratiya Sammitinin ikinci günü Ukrayna prezidenti virtual olaraq tədbir iştirakçılarına müraciət edib.

BMT-nin baş katibi Antonio Quterreş Vaşinqtonda keçirilən builki Demokratiya Sammitinin ikinci günü demokratiya, qanunun aliliyi və insan hüquqlarına hörmət kimi dəyərlərin bütün dünyada hücuma məruz qaldığı barədə xəbərdarlıq edib.

“Vətəndaş cəmiyyətləri divarlarla əhatə olur, konstitusiya hüquqları məhdudlaşdırılır və vətəndaş azadlıqları pozulur. İfadə azadlığı azalır,” Antonio Quterreş bildirib.

Quterreş ölkələri etimadı bərpa etməyə və bərabərsizliklərlə mübarizə aparmağa çağırdığı vaxt ABŞ prezidenti Co Bayden demokratiyanı təşviq edən bir neçə proqrama dəstək verildiyini açıqlayıb.

“Biz növbəti iki il ərzində prezident təşəbbüsü üçün daha 690 milyon dollar yeni maliyyə vəsaiti əlavə etməyi planlaşdırırıq. Üç il ərzində mənim administrasiyam bütün dünyada demokratiyanın inkişafı üçün bütün səylərimizə 9,5 milyard dollar ayırmaq üçün Konqreslə işləmək niyyətindədir,” prezident Bayden

Onun sözlərinə görə, demokratik idarəetməni inkişaf etdirən texnologiyaya xüsusi diqqət yetiriləcək.

Prezident Bayden: “Bu həftənin əvvəli mən burada, Birləşmiş Ştatlarda Amerika hökumətinin ABŞ da daxil olmaqla, bütün dünyada dissidentləri, fəalları və jurnalistləri hədəf almaq üçün sui-istifadə edilən kommersiya casus proqramlarından istifadəsini məhdudlaşdırmaq üçün bir sərəncam imzaladım.”

Ukrayna Müdafiə Nazirliyi çərşənbə günü əsgərlərin Almaniya tərəfindən təchiz edilmiş zirehli maşınları sınaqdan keçirməsinin görüntülərini yayıb.

Demokratiya Sammitində virtual olaraq iştirak edən Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın təcavüzünə qarşı ölkəsini dəstəkləməyin nə üçün vacib olduğunu dünyaya xatırladıb.

Ukrayna prezidenti Volodimir Zelenski: “Rusiya uzun müddətdir sizin hamınızla, dünyanın demokratik dövlətləri ilə müharibə aparır. O, dezinformasiya, seçkiyə müdaxilə, casusluq, korrupsiya, ixracat, kibercinayətkarlıq yolu ilə müharibə aparır”.

Zelenski yenidən Ukraynanın bu il qələbəsini təmin etmək üçün daha çox silah verilməsinə çağırıb.

Moskvada isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranın vasitəçilik səylərini müzakirə etmək üçün iranlı həmkarı Hüseyn Əmirabdullahiyanla görüşüb.

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan: “Biz Ukraynanı müzakirə etdik. Biz döyüşləri dayandırmağa kömək edəcək istənilən təşəbbüsü dəstəkləyirik”.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Mariano Qrossi çərşənbə günü Ukraynanın Zaporijia atom elektrik stansiyasına səfəri zamanı Kyiv və Moskvanı danışıqları sürətləndirməyə çağırıb.

XS
SM
MD
LG