Accessibility links

Təbrizdə şair Məhəmməd Füzulinin heykəlinə xəsarət yetirilib


Təbrizdə şair Məhəmməd Füzulinin heykəlinə xəsarət yetirilib
Təbrizdə şair Məhəmməd Füzulinin heykəlinə xəsarət yetirilib

XVI əsrin şairi Molla Məhəmməd Füzulinin Təbrizin Mənzəriyyə meydanındakı heykəlinə naməlum şəxslər tərəfindən xəsarət yetirilib.

Amerikanın Səsinin əldə etdiyi görüntülərə əsasən, bəzi naməlum şəxslər Azərbaycan şairi Məhəmməd Füzulinin heykəlini zədələməyə cəhd ediblər.

Təbriz şəhərinin heç bir rəsmisi bu məsələyə münasibət bildirməyib. Lakin sosial mediada bu xəbər müzakirələrə səbəb olub və bir çox azərbaycanlı sosial media istifadəçisi tərəfindən şiddətlə qınanıb.

Təbriz şəhərində bir məlumatlı şəxs Amerikanın Səsinə bildirib ki, “kimsə bu heykəlin üzərinə İranşəhri düşüncəsi cərəyanlarına bağlı simvollar çəkməyə çalışıb. Bələdiyyə işçiləri də bu simvolları silmək üçün üstünü rəngləyiblər, lakin bu simvollar hələ tam silinməyib və görünür”.

Əldə edilən məlumata görə, şairin heykəli zədələndikdən sonra bələdiyyə onu Təbrizin Mənzəriyyə meydanından Şahgölü parkına köçürüb.

Bundan əvvəl naməlum şəxslər Təbrizdəki Azərbaycan türklərinin mifoloji personajlarından biri olan Təkəməçi heykəllərini dəfələrlə dağıtmağa cəhd etmişdilər. Bu heykəllər dəfələrlə dağıdılıb, yenidən tikilib və dağıdıcılardan qorunulması məqsədilə dəfələrlə şəhərin başqa yerlərinə köçürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG