Accessibility links

Beynəlxalq Məhkəmə ABŞ-ın İranın bəzi aktivlərini qeyri-qanuni dondurduğuna qərar verib


İranın qismən qələbəsi kimi Beynəlxalq Ədalət Məhkəməsinin hakimləri cümə axşamı günü qərar verib ki, Vaşinqton məhkəmələrə bəzi İran şirkətlərinin aktivlərinin dondurulmasına qeyri-qanuni icazə verib və ABŞ-a təzminat ödəməyi əmr edib. Bunun məbləği daha sonra müəyyən ediləcək.

Bununla belə, məhkəmə İranın Mərkəzi Bankının dondurulmuş aktivlərində 1,75 milyard dollardan artıq vəsaiti üçün yurisdiksiyaya malik olmadığını bildirərək, Tehrana zərbə vurub.

ABŞ Dövlət Departamentinin hüquq müşaviri vəzifəsini icra edən Riç Visek yazılı açıqlamada qərarın xüsusən də Mərkəzi Bankın aktivləri daxil olmaqla, "İranın işinin böyük əksəriyyətini" rədd etdiyini deyib.

"Bu, ABŞ və İranın dövlət tərəfindən dəstəklənən terrorizminin qurbanları üçün böyük qələbədir", Vişek əlavə edib.

İran Xarici İşlər Nazirliyinin Telegram kanalında bu qərarı öz mövqelərinin "qanuniliyini vurğulamaq" və "ABŞ-ın haqsız davranışını ifadə etmək" kimi qiymətləndirib.

Qərar keçən həftə Suriyada İranın dəstəklədiyi qüvvələr və ABŞ personalı arasında baş verən atışmalardan sonra ABŞ və İran arasında gərginliyin artması fonunda verilib.

Münasibətlər İran və böyük dünya gücləri arasında münasibətlər 2015-ci ildə imzalanmış nüvə sazişini canlandırmaq cəhdlərinin dalana dirənməsindən və İranın pilotsuz təyyarələrinin Rusiya tərəfindən Ukraynaya qarşı istifadə edilməsindən sonra gərginləşib.

Məhkəməyə müraciət 2016-cı ildə Tehran tərəfindən Vaşinqtona qarşı edilib. İran ABŞ-ı məhkəmələrinə İran şirkətlərinin aktivlərini dondurmağa icazə verərək 1955-ci ildə imzalanmış dostluq müqaviləsini pozmaqda ittiham edib.

Pul terror hücumları qurbanlarına təzminat kimi verilməli idi.

İslam Respublikası beynəlxalq terrorizmi dəstəklədiyini inkar edir.

1950-ci illərin dostluq müqaviləsi ABŞ-ın dəstəklədiyi şahı devirən İranın 1979-cu il İslam İnqilabından və daha sonra ABŞ-İran münasibətlərinin kəsilməsindən çox əvvəl imzalanıb.

Vaşinqton 2018-ci ildə müqavilədən çıxıb. Buna baxmayaraq, məhkəmə müqavilənin İran kommersiya şirkətlərinin və qurumlarının aktivlərinin dondurulduğu vaxtda qüvvədə olduğuna qərar verib.

"Məhkəmə ABŞ-ın dostluq müqaviləsi üzrə öhdəliklərini pozduğu qənaətinə gəlib", məhkəməyə sədrlik edən hakim Kirill Qevorgian deyib.

O əlavə edib ki, İranın təzminat almaq hüququ var və tərəflərin bir rəqəm üzərində razılaşmaq üçün 24 ay vaxtı var; bu, nəticə verməsə, məhkəmə ödəniləcək məbləği müəyyən etmək üçün yeni icraata başlayacaq.

Hakimlər, həmçinin izah edib ki, məhkəmə İranın Mərkəzi Bankının ABŞ-da saxladığı 1,75 milyard dollarlıq aktivlər üzərində yurisdiksiyaya malik deyil, çünki bu bank kommersiya müəssisəsi deyil və buna görə də müqavilə ilə qorunmur.

Məhkəmənin qərarları məcburidir, lakin onların icrası üçün məhkəmənin heç bir vasitəsi yoxdur.

ABŞ və İran onun qərarlarına məhəl qoymayan bir neçə ölkə arasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG