Accessibility links

Rabitə İnformasiya Təhlükəsiziyi Xidməti: Azərbaycanın dövlət qurumlarına qarşı kiberhücumlar daima həyata keçirilir


Kibertəhlükə (Mənbə: VOA)
Kibertəhlükə (Mənbə: VOA)

Ümumilikdə Azərbaycanın dövlət qurumlarına qarşı kiberhücumlar daima həyata keçirilir. Bunların arasında kiberşpionaj məqsədi ilə saxta domenlərin yaradılması və hesabların ələ keçirilməsinə cəhd halları da müşahidə olunur.

Bu barədə Azərbaycan Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.

“Ötən il mütəxəssislərimiz tərəfindən aparılan kiber kəşfiyyat fəaliyyəti nəticəsində dövlət qurumları domenlərinə bənzədilmiş 48 saxta domen yaradılması halları müəyyən edilib, hələ hazırlıq mərhələsində onların bloklanması həyata keçirilməklə kiberhücumların qarşısı alınıb”, Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Xidməti bildirib.

Qurumun məlumatında deyilir ki, “Zimbra” mail xidmətinə rəqib olan “Proofpoint” şirkətinin açıqladığı hesabatda Rusiyanın “Winter Vivern” adlı kiberqruplaşması “Zimbra Colloboration” serverlərində tapılan CVE-2022-27926 nömrəli boşluq vasitəsi ilə bir sıra ölkələrdə kiberşpionaj əməliyyatları etdiyi iddia olunur.

“Sözügedən hesabatda Azərbaycanın da hədəflər içərisində olduğu qeyd olunsa da, bu hədəflərə qarşı kiberşpionajın uğurlu və ya uğursuz olması barədə heç bir məlumat verilməyib”, təhlükəsizlik xidməti qeyd edir.

Xidmət həmçinin vurğulayır ki, dövlət qurumlarının istifadəsi üçün yaradılmış elektron poçt xidməti Zimbra platforması üzərində qurulmayıb.

“Hazırda Xidmətimiz tərəfindən 250 dövlət qurumunun 500-dən çox domeni üzrə 30000-ə yaxın istifadəçisinə xidmət göstərilir. Mühafizə olunan Mərkəzləşdirilmiş elektron poçt xidmətindən isifadə etməyən digər dövlət qurumlarının bu şəbəkəyə inteqrasiyası cari ilin sonuna kimi başa çatdırılacaqdır. Məlumat üçün bildiririk ki, Xidmətimiz tərəfindən qurulan mərkəzləşdirilmiş elektron poçt xidmətindən istənilən forma və təyinatlı kiberhücumlar daima izlənilir və qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülür”, Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.

Zimbra Collaboration e-poçt serveri və veb müştərini özündə birləşdirən əməkdaşlıq proqram dəstidir.

XS
SM
MD
LG