Accessibility links

Ukraynanın şərqində Rusiya ordusunun atəşi nəticəsində azı 20 nəfər ölən və yaralanan var


Ukrayna rəsmilərinin bildirdiyinə görə, Rusiyanın ölkənin şərq və cənub ərazisində mülki əhalinin məskunlaşdığı əraziləri atəşə tutması nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayı 20-dən çoxdur.

Ukrayna prezidenti administrasiyasının rəhbəri Andriy Yermak aprelin 2-də sosial şəbəkədə bildirdiyinə görə, Donetsk vilayətinin Kostiantinivka şəhərinin Rusiya tərəfindən atəşə tutulması nəticəsində azı 3 mülki şəxs həlak olub və 8 nəfər yaralanıb.

Telegram vasitəsilə "ruslar Kostiantinivka şəhərini kütləvi atəşə tutublar" deyən Yermak, 16 yaşayış binasının, səkkiz fərdi evin, bir uşaq bağçasının və bir inzibati binanın hücumlar nəticəsində zərər gördüyünü bildirib.

Regional Hərbi Administrasiyanın aprelin 2-də yaydığı məlumatda deyilir ki, Rusiyanın Xerson vilayətini atəşə tutması nəticəsində daha bir mülki şəxs həlak olub, iki nəfər yaralanıb.

"Rusiya ordusu Xersonun yaşayış məhəllələrini 6 dəfə atəşə tutub. Mərmilər özəl yaşayış binalarına düşüb" - deyə məlumatda bildirilir.

Donetsk vilayət hərbi idarəsinin rəhbəri Pavlo Kirilenko da Rusiyanın bölgədəki hücumları nəticəsində azı 10 mülki şəxsin yaralandığını bildirib.

“Aprelin 1-də ruslar Donetsk vilayətinin beş sakinini yaralayıblar: üçü Toretskdə, ikisi Baxmutda”.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG