Accessibility links

ABŞ-da tornadolar onlarla insanın ölümünə səbəb olub


Bazar günü ABŞ-ın cənub və midvest ərazilərinin sakinləri kiçik və böyük şəhərlərin üzərindən keçən və ən azı 26 nəfərin ölümünə səbəb olan tornadoların yaratdığı dağıntıları dəyərləndirilməsinə başlayıblar.

Fırtınalarlar Arkanzasın paytaxtından keçərək, İllinoys ştatında konsert məkanının tavanını uçurdub. Ərazidə yaşayan insanlar zərərin miqyasından heyrətləniblər.

Təsdiqlənmiş və ya ehtimal edilən tornadolar ən azı səkkiz ştatda evləri və biznes binaları dağıdıb, ağacları qırıb və ölkənin geniş ərazilərində məhəllələri xarabalığa çevirib. Tennessi ştatının bir əyalətində ən azı 9 , Arkanzas ştatının kiçik Vin şəhərində 4, İndiana ştatının Sullivan ərazisində 3 və İllinoys ştatında 4 sakin tornado nəticəsində ölənlər arasındadır.

Cümə günündən şənbə gününə keçən gecə baş verən fırtınalar nəticəsində digər ölümlər də Alabama və Missisipi ştatlarında, həmçinin Arkanzas ştatının Litl-Rok yaxınlığında qeydə alınıb. Burada şəhər rəsmiləri 2600-dən çox binanın tornadonun keçdiyi ərazilərdə olduğunu bildirib.

XS
SM
MD
LG