Accessibility links

Neft istehsalının ixtisarı yanacaq qiymətlərini artıra, Rusiyaya yardım edə bilər


Səudiyyə Ərəbistanının başçılığı ilə neft hasil edən ölkələr bir daha xam neft tədarükünü ixtisar etdiklərini bildirib. Budəfəki qərar sürpriz olmaqla yanaşı, qlobal iqtisadiyyatın inkişafı ilə bağlı narahatlıqları vurğulayır.

Rusiya bu səylərə ilin qalan hissəsi üçün öz ixtisarlarını uzatmaqla qoşulur.

Nəzəri olaraq neft emalı zavodlarına daha az neft axını sürücülər üçün daha yüksək benzin qiymətləri deməkdir. Bu, ABŞ və Avropada inflyasiyanı artıra bilər. Bu həm də Rusiyaya Ukraynaya müdaxiləsi ilə bağlı Qərbin sanksiyalarına tab gətirməyə yardım edə bilər.

Əksəriyyəti OPEC neft kartelinə daxil olan neft istehsalçılarının hasilatı gündə 1 milyon bareldən çox azaltmaq qərarı səyahət və sənaye üçün daha az yanacağa ehtiyacı olan qlobal iqtisadiyyatın yavaşlaması fonunda xam neft qiymətlərinin düşməsindən sonraya təsadüf edir. Bu, oktyabr ayında elan edilən gündəlik 2 milyon barel azalmaya əlavə edilir. İxtisarlar dünya neft tədarükünün təxminən 3%-ni təşkil edir.

İxtisarlarla bağlı əsas amillər bunlardır:

İstehsalçılar niyə nefti ixtisar edir?

OPEK-in dominant üzvü Səudiyyə Ərəbistanı bazar günü bildirib ki, bu addım neft qiymətlərində daha dərin enişin qarşısını almaq üçün "ehtiyat tədbiri"dir. Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman gələcək tələbata ehtiyatla yanaşır və neftə olan tələbatın mümkün azalmasından əvvəl tədarükün tənzimlənməsində fəal olmağa üstünlük verir.

Neftin qiyməti keçən yay 120 dollar/bareldən keçən ay 73 dollara düşdüyü üçün bu mövqe özünü doğruldub. Daha sonra qiymətlər yüksəlib.

Bazar ertəsi Brent markalı neft 6% artaraq təxminən 85 dollar olub.

Avropada iqtisadi artımının olmaması və Çinin COVID-19-dan dirçəlişinin gözləniləndən daha uzun sürməsi və bankların çökməsi ilə ABŞ-da tənəzzül qorxusu ilə neft istehsalçılarını pandemiya və qlobal maliyyə böhranı zamanı olduğu kimi qiymətlərin qəfil enişi qorxudur.

Oktyabr ayında gündəlik 2 milyon barellik azalmanın bir hissəsi yalnız kağız üzərində qalıb. Belə ki, bəzi OPEC+ ölkələri öz paylarını hasil edə bilmir. Gündəlik 1,15 milyon barellik yeni azalma kvotalarına riayət edən ölkələr arasında bölüşdürülür və bu, oktyabrda olduğu kimi təxminən eyni ölçüdə azalma deməkdir.

Hökumətlər qərarı OPEC+ çərçivəsindən kənarda elan edib. Səudiyyəlilər gündəlik 500 000 barel istehsalla hasilata liderlik edir, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq, Oman, Əlcəzair və Qazaxıstan isə daha az töhfə verir.

İstehsalın azaldılması inflyasiyanı daha da dərinləşdirəcəkmi?

Əlbəttə, dərinləşdirə bilər. Təhlilçilər deyir ki, tələbat və təklif nisbətən yaxşı tarazlaşdırılıb və bu, hasilatın azaldılması ilə gələcək aylarda qiymətlərin yüksələ biləcəyi deməkdir.

Xam nefti benzinə, dizelə və təyyarə yanacağına çevirən neft emalı zavodları səyahət tələbatının illik artımını qarşılamaq üçün yay istehsalında artıma hazırlaşır. ABŞ-da benzinin qiymətləri yüksək dərəcədə xam neftdən asılıdır və bu, gallon qiymətinin təxminən yarısını təşkil edir. AAA motor klubuna görə, aşağı neft qiymətləri ABŞ sürücüləri üçün orta qiymətin 2022-ci ilin ortalarında 5 dollardan çox olan rekordlardan bu həftə bir qallon üçün 3,50 dollara düşməsinə səbəb olub.

Bu, Rusiya üçün nə demək olacaq?

Moskva ilin qalan hissəsinə qədər gündəlik neft istehsalını 500 000 barel azaldacağını bildirib. Moskvanın ABŞ, Avropa İttifaqı və Ukraynanın digər müttəfiqlərinin genişmiqyaslı sanksiyalarından əziyyət çəkən iqtisadiyyatını və dövlət büdcəsini dəstəkləmək üçün neft gəlirlərinə ehtiyacı var.

Bununla belə, analitiklər hesab edirlər ki, Rusiyanın ixtisarı onun neftinə olan tələbatın azalması ilə nəticələnəcək. Qərb hələ sanksiyalar tətbiq olunmamışdan əvvəl Rusiya neftindən yayınmışdı və Moskva neftinin böyük hissəsini Hindistan, Çin və Türkiyəyə yönləndirməyi bacarmışdı.

Lakin Böyük Yeddilər qrupu gəmiçilik və sığortada üstünlük təşkil edən Qərb şirkətlərinə qoyulan qadağalarla tətbiq edilən Rusiya daşımalarına bir barel üçün 60 dollar qiymət həddi tətbiq edib. Neftini endirimlə satdığı üçün bu ilin əvvəlində Rusiyanın gəlirləri azalıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG