Accessibility links

Stoltenberq Ukraynaya dəstək üçün NATO ölkələrinin silah istehsalını gücləndirdiyini bildirir


NATO-nun Baş katib Yens Stoltenberq
NATO-nun Baş katib Yens Stoltenberq

NATO-nun Baş katib Yens Stoltenberq bildirir ki, alyansa üzv olan Qərb ölkələri Rusiyanın genişmiqyaslı işğalına qarşı mübarizədə Ukraynaya dəstəyini davam etdirə bilməyi təmin ütmək üçün hərbi təchizat istehsalını artırırlar. Stoltenberq bunu Azadlıq Radiosuna müssahibəsi zamanı bildirib.

O bildirib ki, “[NATO-nun qarşısında duran əsas problem] bu müharibəni indi yorma müharibəsinə çevirməkdir, bu da cəbhə bölgələrinə döyüş sursatı, silah və təchizat çatdırmaq üçün logistika mübarizəsi deməkdir".

Stoltenberqin müsahibəsi aprelin 4-də NATO-nun Brüsseldəki qərargahında hərbi alyansa üzv ölkələrin xarici işlər nazirlərinin keçiriləcək iclasından əvvələ təsadüf edir. O bildirir ki, müharibə başlayandan bəri NATO ölkələri Kyivi silah təhcizatı ilə təmin edərkən öz təhcizatlarını azaltmış olub.

"Beləliklə, indi biz də hasilatı artırmaq üçün çox çalışırıq, bununla biiz Ukraynanı dəstəkləməyə davam edə biləcəyimizi təmin edə bilərik, çünki bunu davam etdirmək çox vacibdir" deyə Stoltenberq müshibəsində bildirib.

O həmçinin əlavə ediib ki, “[Rusiya] prezidenti Vladimir Putin qalib gəlsə, bu, Ukrayna üçün faciə olacaq, lakin bu həm də NATO müttəfiqləri üçün də təhlükəlidir”.

Hazırda döyüş meydanında baş verən hadisələrdən danışan NATO rəhbəri bildirib ki, “bütün dünya” Ukrayna qüvvələrinin “keyfiyyət, cəsarət və qətiyyətinə” heyran qalıb.

“Bizim gördüyümüz odur ki, rus qoşunlarının əhval-ruhiyyəsi aşağıdır, texnika çox vaxt pis olur, təlimlər çox təsirli deyil" bildirən Stoltenberq əlavə edib ki, "Rəhbərlik bir çox əməliyyatlarda yaxşı işləmir... Lakin rus qüvvələri keyfiyyət baxımından çatışmayan cəhətlərini kəmiyyət baxımından tamamlamağa çalışırlar".

"Beləliklə, onlar minlərlə və on minlərlə qoşun yeridirlər, onların çoxu zəif təchiz olunmuş, pis təlim keçmiş əsgərlərdən ibarətdir. Lakin təbii ki... onlar Ukrayna tərəfinə də itki verə bilirlər” deyə Stoltenberq bildirib.

Bu arada, Finlandiya aprelin 4-də Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində tarixi siyasi dəyişiklik edərək, NATO hərbi alyansına qoşulub. Bu isə Moskvanın "əks tədbirlər" görəcəyi ilə bağlı təhdidə səbəb olub.

Finlandiyanın qoşulması NATO-nun Rusiya ilə bölüşdüyü sərhədin uzunluğunu təxminən iki dəfə artırır. Bu isə Ukraynada müharibənin heç bir həlli görünmədən davam etdiyi bir vaxt alyansın şərq cinahını möhkəmləndirir.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-nun Brüsseldəki mənzil-qərargahında rəsmi sənədi ABŞ dövlət katibi Antoni Blinkenə təhvil verməklə üzvlük prosesini başa çatdırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG