Keçmiş prezident Donald Trampın çərşənbə axşamı Nyu York ştat məhkəməsində ABŞ-ın indiki və ya keçmiş liderinə qarşı açılan cinayət ittihamı ilə üzləşməsi gözlənilir. Vəkilləri onun 2016-ci il prezident seçkisində porno ulduza 130 000 dollar pul ödəməsi ilə bağlı ittihamları qəbul etməyəcəyini bildirir. Tramp uzun müddətdir ki, bu iddianı təkzib edir.
Keçmiş prezident bazar ertəsi Floridadakı evindən Nyu-Yorka gedib.
Trampın vəkilləri çərşənbə axşamı məhkəmə zalında kameralara icazə verilməsinə qarşı çıxıb. Bazar ertəsi məhkəməyə göndərdikləri məktubda onlar bu cür işıqlandırmanın "bu iş ətrafında onsuz da az qala sirkə bənzər atmosferi daha da gücləndirəcəyini" bildiriblər.
İttihamnamə ilə tanış olan rəsmilər deyirlər ki, keçən həftə böyük münsiflər heyəti 76 yaşlı keçmiş prezidenti 30-dan çox cinayət əməlində ittiham edib. İttiham aktı möhürlü olaraq qalır. Dəqiq ittihamlar və ola bilsin ki, dəstəkləyici dəlillər Trampın çərşənbə axşamı Nyu-York ştatının Ali Məhkəməsində hakim Xuan Manuel Merçan qarşısındakı çıxışı zamanı ittiham aktı ictimaiyyətə açıqlanana qədər məxfi qala bilər.
Məhkəmə zalına girməzdən əvvəl cinayət müttəhimi kimi onun barmaq izləri götürüləcək və fotoları çəkiləcək.
Trump Tower və məhkəmə binası yaxınlığında onlarla polis toplaşıb. Trampın Gizli Xidməti isə onun məhkəmə binasına keçidini və məhkəmə zalına qədər gedişini planlaşdırıb.
Ağ Ev təhlükəsizlik tədbirlərini müzakirə etməkdən imtina etsə də, hökumətin baş verə biləcək hər şeyə "həmişə hazır olduğunu" bildirib.
Nyu York şəhərinin meri Erik Adams etiraz məqsədi ilə şəhərə gələnlərə özlərini daha yaxşı aparmaları barədə xəbərdarlıq edib.
"Mesajımız aydın və sadədir: Özünüzü idarə edin. Nyu York bizim evimizdir, yersiz qəzəbiniz üçün oyun meydançası deyil" - deyə, o bildirib.
Minnesota ştatındakı fabriki gəzən ABŞ prezidenti Co Bayden şəhərdə iğtişaşların olacağını düşünüb-düşünmədiyini haqda soruşulduqda "Xeyr, Nyu-York Polis Departamentinə inanıram" - deyə, cavab verib.
______________