Accessibility links

İran Azərbaycanında 95 tələbə zəhərlənib


Şərqi Azərbaycan vilayətinin Əcəbşir və Marağa şəhərlərində müvafiq olaraq 60 və 35 qız tələbə zəhərlənib.

Yarı-rəsmi İSNA xəbər agentliyinin məlumatına görə, çərşənbə günü, aprelin 6-da Marağa və Əcəbşir şəhərlərində ümumilikdə 95 tələbə qız zəhərlənib. Şərqi Azərbaycanın təcili tibbi yardım şöbəsinin müdiri Əsgər Cəfəri bu xəbəri təsdiqləyib.

Əsgərinin dediyinə görə, Marağa və Əcəbşir şəhərlərinin qız məktəblərində bir sıra şagirdlərdə "zəhərlənmə və halsızlığa bənzər əlamətlər olub" və bu barədə təcili yardım şöbəsinə məlumat verilib.

O, həmçinin zəhərlənən tələbələrin "vəziyyətinin ağır olmadığını" və təcili yardıma müraciət edən tələbələrin "əksəriyyətinin evə buraxıldığını" bildirib.
Aprelin 5-də Təbrizdə qız məktəblərindən birində şagirdlər zəhərlənib, İran mətbuatının məlumatına görə, 20 şagird xəstəxanaya aparılıb.

İran məktəblərində zəhərlənmə halları Novruz bayramından sonra məktəblərin açılması ilə yenidən həyata keçirildiyi müşahidə olunur. Bazar ertəsi, aprelin 3-də Qərbi Azərbaycan vilayətinin Soldoz şəhərində 50-yə yaxın tələbə zəhərlənib.

Buna baxmayaraq, Daxili İşlər Naziri Əhməd Vəhidi hökumətin kollegiyasının çərşənbə günü aprelin 4-də keçirilən iclasından sonra jurnalistlərə Təbrizdə qız şagirdlərinin zəhərlənmə xəbəri haqda deyib ki, bu xəbər öz təsdiqini tapmayıb və əlavə olaraq araşdırılmalıdır.

Bəzi İran rəsmiləri keçən mart ayında ölkədə tələbələrin zəhərlənməsi ilə əlaqədar bütün şübhəlilərin həbs edildiyini açıqlamışdılar, lakin indi İranda yeni ilin başlaması və məktəblərin açılışı ilə zəhərlənmə hallarının yenidən baş verdiyi müşahidə olunur. İranda yeni ildə tələbələrin ilk zəhərlənməsi Qərbi Azərbaycan vilayətində yerləşən Sulduz (Nəğədə) şəhərində, daha sonra isə İran Azərbaycanının Təbriz və digər şəhərlərində baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG