Accessibility links

Britaniya Rusiyanın Ukraynadakı ərazilərin qanunsuz ilhaqını normallaşdırmağa çalışdığını bildirir


Britaniyanın Müdafiə Nazirliyi bazar günü bildirib ki, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin Rusiya Təhlükəsizlik Şurasının tam tərkibdə son iclasında məruzə ilə çıxış etməsi Ukraynanın qanunsuz ilhaq edilmiş ərazilərində vəziyyəti normallaşdırmaq cəhdidir.

“Əslində, bölgənin çox hissəsi partizan hücumlarına məruz qalan və bir çox vətəndaş üçün əsas xidmətlərə son dərəcə məhdud çıxışı olan aktiv döyüş zonası olaraq qalır,” nazirlik Twitter-də dərc edilmiş kəşfiyyat yeniləməsində bildirib.

Rusiya Təhlükəsizlik Şurası 2022-ci ilin oktyabrından bəri ilk dəfə keçən həftə toplaşıb.

31 uşağın Ukraynaya qaytarılmasından sonra Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak şənbə günü insan haqları üzrə ixtisaslaşmış tanınmış hüquqşünası Amal Kluni ilə telefon danışığında deportasiya edilmiş bütün uşaqların Ukraynaya qaytarılmasının vacibliyini vurğulayıb.

Ukrayna prezidentinin rəsmi saytında verilən məlumata əsasən, Andrey Yermak və Ədalət naminə Kluni Fondunun həmtəsisçisi Amal Kluni ukraynalı uşaqların hüquqlarının müdafiəsi və Rusiyanın onlara qarşı törədilmiş cinayətlərə görə məsuliyyət daşıması məsələlərini müzakirə ediblər.

Beynəlxalq cinayət hüququ və insan hüquqları məsələləri üzrə ixtisaslaşmış hüquqşünası olan Amal Kluni 2022-ci ilin fevral ayında Ukraynaya qarşı təcavüzün başlamasından bir neçə həftə sonra Rusiya hərbi qüvvələri tərəfindən törədildiyi iddia edilən cinayət və vəhşiliklərə dair dəlilər üzə çıxdığı vaxt BMT Təhlükəsizlik Şurasına müraciət edərək ədalətə çağırıb.

Yermak prezident Vladimir Zelenski adından Kluniyə təşəkkür edib.

Kyiv Moskvanın ötən ilin fevralında hərbi müdaxiləyə başlamasından sonra 19500-ə yaxın uşağın Rusiyaya aparıldığını təxmin edir. Ukrayna bunu qanunsuz deportasiya kimi qınayır. Moskva uşaqların təhlükəsizliyinin təmin olunması məqsədilə aparıldığını iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG