Accessibility links

Zelenski Polşanın Ukraynaya 200 piyada döyüş maşını verəcəyini deyib


Ukrayna prezidenti Volodimir Zelenski Polşanın 200 Rosomak piyada döyüş maşını tədarük edəcəyini və onların yarısının yaxın vaxtlarda çatdırılacağını bildirib.

Zelenski aprelin 8-də gündəlik müraciətində bildirib ki, Ukrayna həmçinin Polşadan tezliklə MiQ-29 qırıcıları, özüyeriyən minaatanlar və əlavə raketlər göndəriləcəyini gözləyir.

Ukrayna prezidenti aprelin 5-də Varşavaya səfəri zamanı çıxışında Polşanın Qərb ölkələrini Ukraynanı döyüş tankları ilə təmin etməyə inandırmaqda rolunu qeyd edib və belə bir “hava koalisiyası”nın yaradıla biləcəyini təklif edib.

Polşa prezidenti Anjey Duda ukraynalı həmkarı ilə birgə mətbuat konfransında Polşanın ümumilikdə Ukraynaya 14 ədəd MiQ-29 qırıcısı təyyarə göndərəcəyini bildirib.

Aprelin 5-də Varşavada Ukrayna prezidenti Volodimir Zelenski və Polşanın baş naziri Mateuş Moravetski müdafiə avadanlığının tədarükü sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatına görə, bunun məqsədi Ukraynanın Polşanın müdafiə texnikasını əldə etməklə Ukrayna Silahlı Qüvvələrinə daimi dəstək və müdafiə qabiliyyətinin gücləndirilməsini təmin etmədən ibarətdir.

Polşa Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başlamasından sonra Kyivin əsas müttəfiqlərindən biri olub. BMT-nin Qaçqınlar Agentliyinə əsasən, Polşada müvəqqəti yaşayış statusu almaq üçün 1,5 milyon ukraynalı qaçqın kimi ölkədə qeydiyyatdan keçib.

Polşa eyni zamanda, digər tərəfdaş ölkələrin Ukraynanı hərbi və humanitar yardımla təmin etməsində əsas mərkəz rolunu oynayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG