Accessibility links

Qəzvində səhiyyə işçiləri aksiya keçirib


Qəzvin - səhiyyə işçilərinin mitinqi
Qəzvin - səhiyyə işçilərinin mitinqi

Qəzvin vilayətinin mərkəzi Qəzvin şəhərində bir qrup tibb bacısı və səhiyyə sektorunun digər işçiləri məişət şərtlərinə etiraz olaraq aksiya keçiriblər.

İran İşçilərinin Azad Birliyi və Azərbaycan insan haqları cəmiyyəti (Ərk) kimi mənbələrin yaydığı məlumata görə, səhiyyə işçiləri bazar ertəsi günü Qəzvin valiliyi önündə toplaşıblar.

Sosial mediada paylaşılan bir videoda mitinq iştirakçılarının şüarlar səsləndirdiyi eşidilir. Etirazçılar o cümlədən "Korona ilə savaşdıq ancaq dəstək görmədik" şüarını səsləndirib. Onlar hüquqlarının təmin edilmədiyi təqdirdə tətil keçirəcəklərini bildiriblər.

Tibb bacıları keçən günlərdə İranın digər bölgələrində də piketlər və aksiyalar təşkil ediblər. Onlar ağır iş yüklərinin qarşılığını almadıqlarını deyirlər.

İranın müxtəlif vilayətlərində çalışan tibb bacıları aylardır ki, tibb bacısı xidmətlərinin tarif qanununun tam icrasını tələb edirlər. Onlar həmçinin müvəqqəti müqavilələrin dayandırılmasını və tibb bacılarının istismarına son verilməsini istəyir. Səhiyyə işçiləri əlavə olaraq xəstəxalanaların iş yükünü azaltmaq üçün daha çox tibb bacısının işə götürülməsini tələb edirlər.

Bu yaxınlarda Məşhəd və Ərak şəhərlərində də tibb bacıları oxşar tələblərlə aksiya təşkil ediblər.

XS
SM
MD
LG