Accessibility links

Kanzas şəhərində müsəlman tələbələr hərtərəfli təhsillə təmin edilir


Kanzas şəhərində müsəlman tələbələr hərtərəfli təhsillə təmin edilir
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Dini kimliyini qoruyaraq hərtərəfli təhsil almaq ABŞ-ın bəzi siniflərində çətin ola bilər. Lakin ABŞ-da məhz bunu hədəfləyən 140 islam əsaslı akkreditə olunmuş məktəb var.

Missuri ştatının Kanzas şəhərinin mərkəzindən təxminən iyirmi dəqiqəlik məsafədə yerləşən Böyük Kanzas Siti İslam Məktəbində təxminən iki yüz tələbə təhsil alır.

"Dinimizə ibadət etmək daha asandır. Bizə mane olan heç amil yoxdur, çünki başqa məktəblərdə namaz qılmaq üçün müəyyən vaxtlar istəməlisən" - deyə, Erum Seyid bildirib.

1989-cu ildə yaradılan məktəb gənc müsəlmanları Amerikanın müxtəlif cəmiyyətinin hərtərəfli üzvləri kimi hazırlamaq məqsədi daşıyır.

"Cəmiyyət belə qərara gəldi ki, uşaqları xilas etmək istəyirlər və ən əsası onların müsəlman kimliklərini qorumaqdır" , Kansas City İslam Məktəbinin direktoru Səba Hamudə deyib.

Amma tələbə kimi iştirak etmək və ya Böyük Kanzas Siti İslam Məktəbində işləməyə müraciət etmək üçün müsəlman olmaq lazım deyil. Bu milli akkreditasiyadan keçmiş özəl məktəb Missuri ştatındakı əksər məktəblərlə eyni kurrikulumdan istifadə edir, dinşünaslıq və ərəb dilini öyrənir.

"Mən təkcə İslam deyil, həm də tədris baxımından inkişafı gördüm, onlar heyrətamiz bir iş görür. Riyaziyyatdan yaxşı olmadığını düşünən qızım ümummilli riyaziyyat müsabiqəsi yarışmasında iştirak edir" - deyə, valideyn Fazilə Səyid bildirib.

Fazilə Səyid hər üç uşağını buraya yazdırıb və övladlarının hər birinə faydalı olmaq üçün iman əsaslı mühit tapıb. Lakin direktor Hamudə etiraf edir ki, bu mühiti yaratmaq üçün kifayət qədər keyfiyyətli müəllimləri işə götürmək çətin olub.

"Bu, bizim qarşımıza çıxan böyük problemlərdən biridir, müəllimlərimiz sertifikatlıdır, onlar buradan məzun olublar, əksəriyyətinin magistr dərəcəsi var və onların maaşlarını dövlət məktəblərinə verdiyimizi müqayisə etsək, böyük fərq var. Daha azdır".

Lakin tələbələr deyir ki, hər kəs məhdud resurslardan maksimum yararlanır.

"Biz bu yaxınlarda yeni qiraət klubuna başladıq, hər bir üzv avadanlıq üçün 100 dollar ödəməli idi. Amma hamımız öz töhfəmizi verdiyimiz üçün nəhayət indi avadanlıq əldə etdik"- deyə, Erum Seyid bildirib..

"Mən kompüter elmini sevirəm, evdə özüm üçün layihələr hazırlayır, proqram mühəndisliyi və ya AI yaradılması marşrutunu seçmək istəyirəm" , Əbdunasir Vəli deyib.

Böyük Kanzas Siti İslam Məktəbi ABŞ-da təxminən 140 akkreditə olunmuş İslam məktəbindən biridir.

XS
SM
MD
LG