Accessibility links

Rəsmilər: Alabamada atışmada 4 nəfər ölüb, çox sayda yaralanan var


Hüquq-mühafizə orqanlarının əməkdaşları Alabama ştatının Deydville şəhərində rəqs studiyasında yeniyetmənin ad günü şənliyində atışmadan bir gün sonra hadisə yerində təhqiqat aparır, 16 aprel 2023-cü il.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Alabama ştatının Deydville şəhərində rəqs studiyasında yeniyetmənin ad günü şənliyində atışmadan bir gün sonra hadisə yerində təhqiqat aparır, 16 aprel 2023-cü il.

Alabama ştatının hüquq-mühafizə orqanları ştatın Deydvil şəhərində 4 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən atışma ilə bağlı təhqiqat aparır.

Alabama Polis Mühafizə İdarəsinin əməkdaşı serjant Ceremi Burkettin bildirdiyinə görə, atışma şənbə günü gecə ad günü şənliyində baş verib.

Atışmaya nəyin səbəb olduğu barədə məlumat verilməyib. Şübhəlinin saxlanılıb-saxlanmadığı məlum deyil.

“Bu hadisədə dörd nəfər faciəvi şəkildə həlak olub və çoxlu yaralı var,” Burkett bazar günü səhər keçirdiyi mətbuat konfransında deyib.

Deydvill Polis Departamenti və yerli orta məktəb futbol komandasının ibadət rəhbəri Pastor Ben Hayes bildirib ki, atışma 16 yaşlı yeniyetmənin ad günündə baş verdiyi üçün qurbanların əksəriyyəti yeniyetmələrdir. Onun sözlərinə görə, atışma ağır cinayətlərin nadir hallarda baş verdiyi bu kiçik şəhərdə şok kimi qarşılanıb.

“Öldürülmüş gənclərdən biri bizim tanınmış idmançımız və çox yaxşı bir gənc idi. Mən bu tələbələrin çoxunu tanıyırdım. Deydvill kiçik bir şəhərdir və bu (hadisə) burada hər kəsə təsir edəcək” - deyə, Hayes bildirib.

WRBL-TV kanalı atışmanın rəqs studiyasında baş verdiyi barədə məlumat xəbər verib.

“Bu səhər mən Deydvill sakinləri və Alabamada həmyerlilərimlə birlikdə yas tuturam. Zorakı cinayətlərə ştatımızda yer yoxdur və biz təfərrüatlar əldə olunduqca hüquq-mühafizə orqanlarının yeniliklərini yaxından izləyirik,” - Alabama qubernatoru Kay İvey sosial mediada açıqlanan bəyanatında bildirib.

Ağ Ev prezident Co Baydenin atışma hadisəsi ilə bağlı məlumatlandırıldığını, prezidentin vəziyyəti yaxından izlədiyini və lazım olduğu halda kömək göstərmək üçün yerli hakimiyyət orqanları və hüquq-mühafizə orqanları ilə əlaqə saxladığını bildirib.

Deydville Alabama ştatının şərqində, Montqomeridən təxminən 57 mil (92 km) şimal-şərqdə yerləşir.

XS
SM
MD
LG