Accessibility links

Günəşin tam tutulması kimi nadir kainat möcüzəsi Avstraliyada müşahidə edilib


Dünyanın müxtəlif ölkələrindən olan astronomlar Qərbi Avstraliyanın kiçik şəhərciyində kainatın möcüzələrindən biri - Günəşin tam tutulması üçün toplaşıb. Şərqi Timor və İndoneziyanın hissələrinə keçməzdən əvvəl ilk dəfə Avstraliyanın şimal-qərbi Ninqaloo sahili boyunca Eksmoutda baş verib.

Minlərlə insan Avstraliyanın qərb sahillərinin ucqar bölgəsinə axın edərək eyni sıray düzülən Günəş, Ay və Yer kürəsinin nadir kosmik simmetriyasına heyran olub.

Tam Günəş tutulması hər əsrdə yalnız bir neçə dəfə baş verən hibrid tutulmanın bir hissəsidir. Bu, Qərbi Avstraliyada üç saata qədər uzanıb.

Ən dramatik an isə Günəşin bir dəqiqə davam edən tam tutulmasıdırş

Sonuncu hibrid Günəş tutulması 2013-cü ildə olub. NASA növbəti hadisəni 2031-ci ildə gözləyir.

Alimlər tutulmadan Günəşin atmosferini öyrənmək və uzaq qalaktikalar haqqında daha çox məlumat əldə etmək üçün istifadə edir.

XS
SM
MD
LG