Accessibility links

Sudan ordusu diplomatların təxliyəsinin başlayacağını bildirib


Xartum Sudan. 21 aprel, 2023.
Xartum Sudan. 21 aprel, 2023.

Sudan paytaxtında, o cümlədən əsas hava limanında döyüşlər davam etdiyi bir vaxt, Sudan ordusu şənbə günü ABŞ, Britaniya, Çin və Fransadan diplomatları hərbi təyyarələrlə evakuasiya etmək səylərini koordinasiya etdiyini bildirib.

Ordu bildirib ki, başçı general Abdel Fəttah Burhan vətəndaşları və diplomatlarının Sudandan təhlükəsiz şəkildə evakuasiya edilməsini tələb edən müxtəlif ölkələrin liderləri ilə danışıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə son bir həftədir davam edən qanlı döyüşlər nəticəsində indiyədək 400-dən çox insan həyatını itirib.

Xarici ölkələr vətəndaşlarını repatirasiya edə bilmək üçün mübarizə aparır, ancaq Xartum və ətrafında, o cümlədən yaşayış ərazilərində Sudan ordusu ilə rəqib güclü yarı-hərbi dəstə arasında döyüşlər səbəbilə bunu etmək çox risklidir.

Ölkə paytaxtının mərkəzinə yaxın yerləşən əsas beynəlxalq hava limanı ağır atəşə məruz qalıb. Belə ki, Çevik Dəstək Qüvvələri adlanan yarı-hərbi dəstə hava limanına nəzarəti ələ keçirməyə çalışıb və bu da evakuasiya planlarını çətinləşdirib. Sudanın hava məkanı bağlandığı üçün xarici ölkələr vətəndaşlarına onlar evakuasiya planlarını müəyyən edənə qədər olduqları yerdə sığınmalarına göstəriş verib.

Burhan deyib ki, Səudiyyə Ərəbistandan bəzi diplomatlar artıq ölkənin Qırmızı dənizdəki əsas limanı olan Port Sudandan evakuasiya edilib və təyyarə ilə ölkələrinə qaytarılıb. O deyib ki, yaxında İordaniyadan olan diplomatlar da eyni yolla evakuasiya ediləcək.

Xarici vətəndaşların kütləvi evakuasiyasının necə həyata keçiriləcəyinə dair sualların qaldığı bir vaxt, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi şənbə günü vətəndaşlarının Sudandan təxliyyəsini təşkil etməyə başladığını bildirib. Rəsmilər planların təfərrüatlarını paylaşmayıb.

Bu həftənin əvvələində Pentaqon ABŞ səfirliyinin əməkdaşlarının Sudandan mümkün təxliyəsinə hazırlaşmaq üçün Ədən körfəzindəki kiçik ölkə olan Cibutidəki hərbi dəniz bazasına əlavə qoşun və texnika göndərdiyini bildirib.

ABŞ cümə günü Sudanda ilişib qalan təxminən 16 min Amerika vətəndaşının hökumət tərəfindən razılaşdırılaraq təxliyyə edilməsi üçün planının olmadığını bildirib və Sudandakı amerikalıları olduqları yerdə sığınmağa davam etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG