Accessibility links

İranda neftçilər tətil edir


Amerikanın Səsinə göndərilən məlumatlar və videolara əsasən, İranın neft sənayesində çalışan işçilər ölkənin bir sıra şəhərlərində əmək haqlarının qeyri-adekvat artımına etiraz olaraq həyata keçirdikləri tətili davam etdirirlər.

İranda inflyasiya səviyyəsinin artması və vətəndaşların gəlir və xərcləri arasında fərqin böyüməsinin ardınca işçilər, müəllimlər və təqaüdçülər də daxil olmaqla müxtəlif həmkarlar ittifaqları və qruplar son həftələrdə kütləvi etiraz və tətillərə başlayıblar.

Tətil edən neft sənayesin işçilər bu yaxınlarda sənaye və qeyri-sənaye zavodlarında müqavilə əsasında işləyən işçilərin əmək haqqının 79% artırılmasını tələb ediblər.

İran prezidenti İbrahim Rəisinin hökuməti əmək haqlarında 27% artım təklif edib və 2023-cü ildə inflyasiyanı azaltmağa söz verib.

Tətil edən işçilər bu təklifi rədd ediblər.

Bu arada İLNA xəbər agentliyi bu ilin ilk ayında mal və xidmətlərin qiymətlərində 40% artım olduğunu açıqlayıb.

XS
SM
MD
LG