Avstraliya ordusu Çin və ABŞ arasında mümkün münaqişəyə hazırlıq məqsədi ilə təcili transformasiyaya hazırlaşır.
Bazar ertəsi dərc edilən əsas müdafiə hesabatının təsnif edilməmiş versiyası Avstraliyaya Çinin "Hind-Sakit Okeandakı qlobal qaydalara əsaslanan nizam"a artan təhlükəsinə qarşı çıxmaq üçün daha uzunmənzilli raketlər almağı tövsiyə edir.
Hesabatda Avstraliya ordusunda son onilliklərin ən böyük sarsıntısı göstərilir. Müdafiə araşdırması Çini Avstraliya üçün birbaşa təhlükə kimi müəyyən etmir, lakin Pekinin sürətli hərbi inkişafı və Cənubi Çin dənizindəki ərazi ambisiyalarının Avstraliyanın təhlükəsizliyini təhdid etdiyi barədə xəbərdarlıq edir.
Hesabatlarda deyilir ki, bölgədə böyük münaqişə perspektivi bizim milli maraqlarımızı birbaşa təhdid edir. Həmçinin qeyd edilib ki, Avstraliya Müdafiə Qüvvələrinin müasir müharibənin "raket dövrü" üçün təchiz olunmaması və Avstraliyanın artıq coğrafi təcrid ilə qorunmaması ilə bağlı narahatlıqları da ətraflı izah edir.
Hesabat Avstraliyanın keçmiş müdafiə naziri Stefen Smit və keçmiş müdafiə rəisi ser Anqus Hyuston tərəfindən hazırlaıb. Sənəd Avstraliyanın şimalındakı hərbi bazaların təkmilləşdirilməsini və uzaqmənzilli raketlərə daha çox sərmayə qoyulmasını tələb edir. Hesabat, həmçinin hökuməti Avstraliyanın birbaşa münaqişəyə hazırlaşmaq üçün onillik xəbərdarlığa dair uzunmüddətli fərziyyəyə son qoymağa çağırıb.
Bazar ertəsi Kanberrada jurnalistlərə danışan Avstraliyanın baş naziri Antoni Albanes deyib ki, ölkənin ordusu müasir problemlərə hazır olmalıdır.
"Biz İkinci Dünya Müharibəsindən bəri həm regionumuzda, həm də bütün dünyada ən çətin strateji şəraitlə üzləşirik. Buna görə də biz öz imkanlarımıza sərmayə qoyuruq və daha təhlükəsiz Avstraliya, daha sabit və firavan region qurmaq üçün əlaqələrimizə sərmayə qoyuruq"- deyə, Baş nazir bildirib.
Avstraliyanın silahlı qüvvələrinin hesabatı, həmçinin iqlim dəyişikliyinin Avstraliya və digər ölkələrin fəlakətlərin aradan qaldırılması və humanitar yardımlarda orduya daha çox etibar etdiyi üçün "əzici" müdafiə imkanları riski ilə bağlı xəbərdarlıq edib.
Avstraliya ilə münasibətləri müxtəlif diplomatik və ticarət mübahisələrinə görə son illərdə pisləşən Pekindən bu günə qədər heç bir şərh gəlməyib. Lakin demək olar ki, bir il əvvəl Kanberrada sol təmayüllü hökumət seçkiləri, xüsusən də Baş nazir Albanesin Çin Prezidenti Si Cinpinlə keçən ilin noyabrında İndoneziyada keçirilən beynəlxalq sammit çərçivəsindəki görüşündən sonra ikitərəfli gərginlik bir qədər azalıb.
Albanes əvvəllər vurğulamışdı ki, Avstraliyanın ən böyük ticarət tərəfdaşı olan Çinlə daha yaxşı münasibətlər vacib olsa da, iki ölkə istər-istəməz müxtəlif məsələlərdə fikir ayrılığına malik olacaq.