Accessibility links

Vahid Qarabağlı: Etirazlardan sonra İran toplumu daha da siyasiləşdi


Vahid Qarabağlı
Vahid Qarabağlı

Amerikanın Səsinə danışan sosioloq və türk dili aktivisti Vahid Qarabağlı deyir ki, İranda hökümət əleyhinə son kütləvi etirazlar İran toplumunu daha da siyasiləşdirdi. O, artıq siyasi etirazın bəzi ziyalılar, tələbələr və etnik icmalara mənsub milli fəallarla məhdud olmadığını vurğulayır.

Vahid Qarabağlı: Etirazlardan sonra İran toplumu daha da siyasiləşdi
please wait

No media source currently available

0:00 0:13:06 0:00
Direct link

"Etirazlardan sonra, biz İran cəmiyyətində geniş bir siyasiləşmə gördük. Ondan öncə siyasi məsələlər ilə maraqlananlar bəlli kəsimlər və təbəqələr idi; elit idi, tələbə aktivistlər idi və ya qadın fəallar və etnik qruplarda milli fəallar idi. Amma, sonra rejimin basqısı daha üzə çıxdı. Bütün şəhələrdə etiraz oldu. Etirazlar aylarla davam etdi və insanlar bunun haqqında danışdı. Yeni nəsil etirazlara qatıldı. Bu, İran toplumunu daha da siyasiləşdirdi," Qarabağlı söyləyir.

O, həmin ölkə daxili ilə paralel bir şəkildə mühacirətdə yaşayan İran icmaları arasında da hərkətliliyin olduqca artdığını önə çəkir:

"Ölkə xaricində də insanlar sosial mediada danışırlar. Yürüşlərə qatılırlar və bu yürüşlərin təşkilində iştirak edirlər. Yəni fərqli toplumların içində, fərqli qrupların içində bir canlanma oldu. Məsələn diasporada yaşayan türklər arasında bir canlanma gördük. Fərqli şəhərlərdə aksiyalar və panellər təşkil etdilər."

Son vaxtlar, İslam Respublikası qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Hökümət fərqli vilayətlərdə bəzi iş yerləri və ticarət obyektlərini hicaba riayət edilmədiyi iddiası ilə möhürləyir. İran polisi şəhərlərin fərqli nöqtələrində yerləşdirilmiş kameralar vasitəsilə avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən edərək onlara xəbərdarlıq SMS-i göndərir.

Vahid Qarabağlının sözlərinə görə, etirazların intensivləşdiyi günlərdə bəzi rəsmilər hicab mövzusunda müsbət mesajlar verməyə başlasalar da, hökümət etirazların şiddətinin azalmasıyla birlikdə basqıları artırıb.

"Etirazlar çox güclü başladı və bir an alovlandı. Hökümət bu etirazların qarşısında çox basqı hiss etdi və biz şahid olduq ki, bəzi rəsmilər dedilər ki, əslində biz bu hicab məsələsində bəzi azadlıqlar verə bilərik. Məhdud olsa da bəzi vədlər verməyə başladılar. Amma, etirazların şiddəti azaldıqca, yenidən hicabın önəmindən danışdılar. Dedilər ki, hicab bizim qırmızı xəttimizdir", Qarabağlı söyləyir.

Onun dediklərinə görə, qadınlar arasında məcburi hicaba qarşı müqavimət çoxaldıqca hökümət də basqıları artırır:

"Fərqli şəhərlərdə xalq tərəfindən, qadınlar tərəfindən bir müqavimət var. Qadınlar fərqli şəhərlərdə məcburi hicaba qarşı müqavimət göstərir. Küçələrdə, mağazalarda saçlarını açırlar. Hökümət də bunlara qarşı basqı tətbiq edir. Biz əslində hökümətin basqısının artdığını görürük. Məsələn əgər bir iş yerində qadınlar saçlarını açırsa, hökümət gedir o iş yerini cəzalandırır."

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG