Accessibility links

Həmədan vilayətində 32 avtomobil sərnişinlərinin hicaba riayət etmədiyi iddiası ilə zəbt edilib


Həmədan vilayətinin polis komandiri General Salman Əmiri
Həmədan vilayətinin polis komandiri General Salman Əmiri

İran hökümətinin bu yaxınlarda açıqladığı "İffət və Hicab" layihəsi müxtəlif vilayətlərdə sürətlə tətbiq edilir. Layihə çərçivəsində qadın sərnişinlərinin hicaba riayət etmədiyi avtomobillər polis kameraları ilə aşkar edilir.

Yarı-rəsmi Mehr agentliyi Həmədan vilayətinin polis komandiri General Salman Əmiriyə istinadən sərnişinləri hicaba riayət etməyən avtomobil sahiblərinə 2280 xəbərdalıq SMS-inin göndərildiyini və 32 avtomobilin polis tərəfindən zəbt olunduğunu yazıb.

Agentliklərin məlumatına görə, hicaba riayət etməyənlərə öncə xəbərdarlıq SMS-i göndərilir. Daha öncə xəbərdalıq SMS-i almış avtomobillərdə yenidən hicaba riayət etməyən qadınlar aşlarlandığı təqdirdə avtomobil polis tərəfindən zəbt olunur.

Həmədan polis komandirinin açıqlamalarına əsasən, hicaba riayət etməməkdə israr edən vətəndaşlar məhkəməyə verilir.

General Salman Əmiri hicaba riayət etməyən qadınlara xidmət verən mağazalar, iş yerləri və ticarət obyektlərinə də SMS göndərildiyini bildirib.

"İffət və hicab mövzusuna lazımi diqqəti yetirməyən mağazalar və iş yerlərinə də birinci dəfə xəbərdalıq SMS-i göndərilir. İkinci dəfə riayət edilmədiyi təqdirdə iş yeri bir həftə müddətinə möhürlənir, üçüncü dəfədə isə məhkəməyə verilir," Həmədan vilayətinin polis komandiri açıqlayıb.

XS
SM
MD
LG