Çin şahmatçısı Dinq Liren aprelin 30-u Qazaxıstanın paytaxtı Astanada rus əsilli Yan Nepomniaxçi ilə gərgin qarşılaşmadan sonra şahmat üzrə 17-ci dünya çempionu oldu.
Dinqin qələbəsi o deməkdir ki, Çin hal-hazırda həm kişilər, həm də qadınlar arasında dünya çempionu tituluna sahibdir. Qadın şahmatçılar arasında hazırkı çempion Yu Venyun iyulda həmyerlisi Ley Tinqji qarşısında titulunu qorumağa çalışacaq.
Çinli qrossmeyster çempion titulunu 2021-ci ildə Nepomniaxçini məğlub edərək, lakin iyulda titulunu bir daha müdafiə etməyəcəyini açıqlayan beşqat dünya çempionu norveçli Maqnus Karlsendən alır.
Dinq FİDE reytinq siyahısında Karlsen və Nepomniaxçidən sonra üçüncü yeri tutur.
Dinq mayın 4-dən Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Grand Chess Tour-un ilk turnirində dünya çempionu statusunda ilk yarışında iştirak edəcək.