Accessibility links

İran Azərbaycanında dəmiryol işçiləri gecikmiş maaşlarını tələb edir


İran Azərbaycanında "Azərbaycan dəmir yolları" xətlərinin texniki işçiləri maaş və digər ödənişlərinin gecikdirilməsinə etiraz edirlər.

Yar-rəsmi ILNA xəbər agentliyi (Iranian Labour News Agency) bazar günü bu barədə məlumat yayıb.

Agentliyin xəbərinə əsasən, İran Azərbaycanında Təbriz, Salmas və Əcəbşer kimi dəmir yolları xətlərinin işçiləri aprelin 30-da etiraz keçiriblər.

İşçilər 1402-ci Hicri ilindən 40 gün keçməsinə rəğmən hələ keçən ilin son ayının maaşını belə almadıqlarını deyiblər.

"Yeni ildən 40 gün sonra Azərbaycan dəmir yollarının texniki işçiləri hələ də keçən ilin son ayının maaşını almayıblar. Texniki işçilər maaş və digər hüquq və ödənişlərini həmişə təxirlə aldıqlarını deyirlər. Hazırda çox sayda işçi maaşını vaxtında ala bilmədiyi üçün ağır məişət şəraitində yaşayır," İLNA-nın xəbərində qeyd edilib.

Agentlik həmçinin yazıb ki, "dəmir yolları xətlərində çalışanlar keçən iki ayın maaşından əlavə Novruz bayramı və Ramazan ayı ödənişlərini də ala bilməyiblər.

XS
SM
MD
LG