Accessibility links

Ərdəbildə qızların peşə məktəbində zəhərlənmə halları baş verib


Ərdəbil - Kəmalül-Mülk qız peşə məktəbi
Ərdəbil - Kəmalül-Mülk qız peşə məktəbi

İranda aylardır davam edən qız məktəblərinə kimyəvi qaz hücumları fonunda bazar günü də Ərdəbil və Kərəc kimi şəhərlər daxil olmaqla ölkənin müxtəlif bölgələrində çox sayda qız şagirdi zəhərlənib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən mədəni fəallardan əldə etdiyi məluamata görə, son bir neçə gün ərzində Ərdəbildə bir neçə qız məktəbində zəhərlənmə halları yaşanıb.

Abbas Lisani adlı Telegram kanalının yaydığı xəbər və görüntürlərə əsasən, aprelin 30-da Ərdəbilin Seyid Abad məhəlləsindəki bir qız peşə məktəbində zəhərlənmə halları baş verib.

Kəmalül-Mülk adlı peşə məktəbinin zəhərlənmə əlamətləri və ağır nəfəs darlığı olan şagirdləri bazar günü təcili tibbi yardım maşını ilə xəstəxanaya aprılıblar.

İki gün öncə isə sosial şəbəkələrdə Ərdəbilin Səma adlı məktəbində şagirdlərin zəhərlənmə keçirdiyinə dair xəbər və video yayılmışdı.

İlk dəfə keçən noyabr ayında İranın dini təhsil mərkəzi olan Qum şəhərindəki qız məktəblərində baş verən zəhərlənmə hadisələri aylardır ki əhalini və xüsusilə qız şagirdlərin valideynlərini təşvişə salıb.

İranın əksər şəhərlərində baş verən zəhərlənmə və kimyəvi hücum hallarından dolayı bu günə qədər minlərlə məktəbli qız xəstələnib. Əhali hökümti şagirdləri qorumaq üçün lazımi addımları atmadığı üçün tənqid edir. Rəsmilər kimyəvi hücumların amilləri barədə ziddiyyətli açıqlamalar verirlər.

Amnesty International təşkilatı bu yaxınlarda xəbərdarlıq edib ki, "İranda qəsdən qız məktəblərinə qarşı davam edən kimyəvi qaz hücumları milyonlarla məktəbli qızın təhsil, sağlamlıq və həyat hüquqlarını risk altına alır."

Amnesty International İran hakimiyyətini hücumları lazımi şəkildə araşdırmamaqda və qarşısını almamaqda ittiham edərək, qızlarda aşkar edilən simptomların "stres", "həyəcan" və ya "ruhi yoluxma" kimi qiymətləndirini rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG