Accessibility links

Antoni Blinken: Yekun razılığa yaxınıq


Mayın 4-də Vaşinqtonda Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqlarının nəticəsi haqda mətbuat önündə çıxış edib.

Dövlət katibi nitqinə hər iki xarici işlər nazirinə ölkələr arasında dialoqla bağlı öhdəliklərinə görə təşəkkürlə başladı. Blinken vurğuladı ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf “çox mürəkkəb” məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqmətində “ciddi irəliləyişə” nail olublar:

“Mən ümid edirəm ki, nazirlər də mənim kimi sazişin gözlə görünən, yaxın məsafədə olduğuna inanırlar. Bu sazişin əldə olunması tarixi olmaqla yanaşı, həm Azərbacan, həm də Ermənistan xalqının maraqlarına uyğun olacaq və bunun müsbət təsiri hətta hər iki ölkədən kənarda belə hiss ediləcək gücə malik olacaq.”

Blinken sülhün əldə edilməsində ABŞ-ın hər iki ölkəyə dəstəyə davam edəcəyini vurğulayıb:

“Marafonun son hissəsi onun ən çətin hissəsidir və ABŞ tərəflərə finiş xəttinə çatmağa yardım göstərməyə davam edəcək.”

Dövlət katibi nitqinin sonunda bu prosesin asan olmadığını, amma buna baxmayaraq tərəflərin öhdəlikləri və qətiyyətləri sayəsində danışıqlarda əhəmiyyətli irəliləyişin mövcud olduğunu vurğulamaqla bitirdi.

"Həm Azərbaycan, həm də Ermənistan tərəfi tanıyır ki, dayanıqlı sülhə aparan yeganə yol dialoqdan keçir," Blinken Birləşmiş Ştatların bu səylərdə tərəflərə yardımçı olacağında əmin edib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın diplomatik heyətlərinin ABŞ-a gəlişi və burada vaxt keçirməsi onun göstəricisidir ki, tərəflər sülhə nail olmağa can atırlar.

"Tərəflər son bir neçə gündə çox çətin məsələləri müzakirə ediblər və dayanıqlı sülh razılığına doğru konkret proqres əldə ediblər," Blinken bildirib.

ABŞ dövlət katibinin çıxışından sonra həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG