Accessibility links

Vəkil: 88 gündür aclıq edən Zamin Salayevin sağlamlıq durumu kritikdir 


Zamin Salayev (Arxiv foto. Mənbə: VOA)
Zamin Salayev (Arxiv foto. Mənbə: VOA)

1 saylı Bakı İstintaq Təcridxanasında 88 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayevin durumu ağır və kritikdir.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev Salayevlə təcridxanada görüşündən sonra Amerikanın Səsinə deyib.

“Onun səhhətində təhlükəli ağırlaşmalar var. Qan təzyiqi 80/60-dır. Çəkisində böyük itki (45 kiloqram) var, təcridxanaya qəbul ediləndə 118 kiloqram olub, indi 73 kiloqramdır. Kəskin ağrıları var. Ayaqları tutulub. Onu təcridxananın əməkdaşları əllərindən tutaraq mənimlə görüşə gətirmişdi. Mədəsində, böyrəklərində, ürəyində kəskin ağrılardan şikayət edir”, vəkil qeyd edib.

Vəkil: 88 gündür aclıq edən Zamin Salayevin sağlamlıq durumu kritikdir
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Mehdiyev deyib ki, AXCP fəalına məcburi sistem köçürürlər.

“Salayev bundan çox narazıdır. Dedi ki, məcburi sistem köçürülməsi davam etdirilsə müqavimət göstərəcək və quru aclığa keçəcək”.

Vəkil deyib ki, Salayevlə ombudsmanın, Baş Prokurorluğun, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrini görüşüb, lakin ona qarşı münasibətdə hər hansı dəyişiklik yoxdur.

“Çoxsaylı insanlar, vəkillər, yaxınları aclığı dayadırmasını xahiş edir. Lakin Salayev bildirir ki, onun hər hansı günahı yoxdur, ittiham böhtandır. O, aclığı sonadək davam etdirməkdə israrlıdır. “Ya azadlıq, ya ölüm” deyir. Bunlara baxmayaraq hətta onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərimiz belə təmin edilmir”, o qeyd edib.

Mehdiyev deyib ki, uzun müddət aclıq edən Salayevin ümumi həbsxana avtomobilində məhkəməyə gətirilməsi onun üçün əziyyətdir.

“Dedi ki, onu ümumi avtomobildə dustaqlarla birgə məhkəməyə gətirirlər. Avtomobil məhkumları əvvəlcə Apellyasiya Məhkəməsinə aparır, bundan sonra Qaradağ rayon Məhkəməsinə uzun bir yol gəlir. Avtomobildə onun ürəkbulanması başlayır, mədə şirəsi qusur. Çox əziyyət çəkdiyini dedi”, vəkil qeyd edib.

Zamin Salayev fevralın 7-də saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq aclıq edir.

O, təcridxanada təkadamlıq kameraya köçürülüb, həkim nəzarətindədir. Salayev aprelin 23-də komaya düşüb. Yalnız məcburi sistem köçürüldükdən sonra ayılıb.

Ona iki dəfə ombudsmanın, bir dəfə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri baş çəkib. Aprelin 29-da isə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin nümayəndələri Salayevlə görüşüb. Görüşdə bildiriblər ki, Baş Prokuror Kamran Əliyev onun barəsindəki cinayət işini nəzarətə götürüb, məsələnin obyektiv araşdırılması üçün göstəriş verib.

Mayın 2-də Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevə qarşı cinayət işi üzrə məhkəmə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG