Accessibility links

Rusiya Ukraynanın şərqinə təzyiqləri davam etdirir


Arxiv fotosu - Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiyanın hücumu zamanı Baxmut şəhəri yaxınlığında cəbhə xəttində D30 haubitsasından atəş açır, 23 aprel 2023.
Arxiv fotosu - Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiyanın hücumu zamanı Baxmut şəhəri yaxınlığında cəbhə xəttində D30 haubitsasından atəş açır, 23 aprel 2023.

BMT-nin nüvə rəsmiləri Ukraynanın cənubunda Zaporijjyada Avropanın ən böyük atom elektrik stansiyasına yönəlmiş risklərlə bağlı dərin narahatlıqlarını ifadə etdiyi vaxt Rusiya qüvvələri mayın 7-də Baxmutda muzdlular üçün daha çox sursat iddia edərək, Ukraynanın şərqinə təzyiqlərini davam etdirib. Ukraynanın əksər bölgələrində hava hücumlarının elan edilməsi isə ukraynalıları mümkün hava hücumlarından qorunmaq üçün sığınacaq axtarmaq məcburiyyəti qarşısında qoyub.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Ukrayna qüvvələrinin 14 aydıra davam edən müdaxilənin əvvəlində ələ keçirilən Zaporijjya aom elektrik stansiyasının yaxınlığında Rusiya qüvvələrini sıxışdırmaq üçün atəşi gücləndirməsindən “son dərəcə narahat olduğunu” bildirib.

“Zaporijjya Atom Elektrik Stansiyasının yaxınlığındakı ərazidə ümumi vəziyyət getdikcə gözlənilməz və potensial olaraq təhlükəli xarakter alır,” Qrossi açıqladığı bəyanatında bildirib. “Mən stansiyanın üzləşdiyi real nüvə təhlükəsi və təhlükəsizlik risklərindən son dərəcə narahatam,” o əlavə edib.

Mayın 6-dan 7-nə keçən gecə Rusiyanın gözlənilməz bombardmanları və Baxmut uğrunda gedən döyüşlər fonunda Ukraynanın bir çox bölgələrində hava hücumu xəbərdarlığı edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 7-də səhər mesajında xəbərdarlıq edib ki, “Ukrayna ərazisinə raket və hava zərbələri endirmə ehtimalı kifayət qədər yüksək olaraq qalır”.

Baş Qərargah Rusiya qüvvələrinin “əsas səylərini” Donetsk vilayətinin şərqində Liman, Baxmut, Avdiyivka və Maryinka rayonlarına yönəltdiyini və “Baxmut və Maryinka şəhərləri uğrunda ağır döyüşlərin” getdiyini bildirib.

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar Rusiya qüvvələri və Vaqner muzdlularının Moskvada Qələbə Gününün qeyd edildiyi mayın 9-na kimi “simvolik” olaraq Baxmutu ələ keçirmək üçün əllərindən gələni edəcəyini bildirib.

Mayın 7-də Ukraynada Rusiyanın nizami qoşunları ilə yanaşı döyüşmək üçün muzdluları təmin edən Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin Baxmutda davam edən hücum üçün ona kifayət qədər silah və sursat vəd edildiyini bildirib.

Rusiya qüvvələrinin Baxmutu ələ keçirmək üçün bir neçə aydır davam edən və göründüyü kimi böyük itkilərlə nəticələnən hücumundan sonra Priqojin bu həftə döyüşçülərini ərazidən çıxarmaqla hədələyərək, söyüşlərlə dolu video mesaj yayımlayıb. O, uğursuzluqlara görə hərbi rəhbərliyi günahlandıraraq, onu kifayət qədər döyüş sursatı təmin etmək istəməməkdə ittiham edib.

Priqojin həmçinin mayın 9-dan dərhal sonra işğal olunmuş ərazilərə nəzarətin Kremlyönlü Çeçenistan lideri Ramzan Kadırova verilməsini təklif edib.

Ukrayna rəsmiləri mayın 6-da yerli vaxtla saat 22:00-dən sonra Ukraynanın şərq, cənub və mərkəzi bölgələrinin əksəriyyəti üçün hava xəbərdarlıqları elan edib və vətəndaşları sığınacaqlarda gizlənməyə çağırıb.

Rusiya tərəfindən ilhaq edilmiş Krımın ən böyük şəhəri olan Sevastopolun Moskva tərəfindən təyin edilmiş lideri son gecədə yarımadaya ən azı 10 pilotsuz təyyarə hücumu edildiyini iddia edərək, Moskvada Kreml də daxil olmaqla Rusiya ərazisinə havadan bir sıra hava hücumlarının edildiyi ilə bağlı növbəti ittihamı səsləndirib.

Eyni zamanda, Rusiya və beynəlxalq rəsmilərin Ukraynanın əraziləri geri almaq üçün cəhd göstərəcəyini bildirdiyi vaxt Zaporijjya atom elektrik stansiyası ətrafında narahatlıqlar artır.

Moskva artıq uşaqları və yaşlı üzvləri olan ailələrin Zaporijjya yaxınlığında Rusiyanın işğal etdiyi əraziləri tərk etməsini istəyib.

Ukrayna Baş Qərargahı Zaporijjya hadisələri və Rusiyanın göstərişi ilə evakuasiya ilə bağlı bildirib ki, “ilk olaraq işğalın ilk aylarında Rusiya vətəndaşlığını qəbul edənlər evakuasiya ediləcək”.

XS
SM
MD
LG