Accessibility links

Sudanda döyüşən qruplar danışıqlar üçün nümayəndələrini Səudiyyə Ərəbistanına göndərib


Sudanın Misirdəki səfiri Əbdüləziz Həsən Saleh Ərəb Liqasının Qahirədə qərargahında Suriyada vəziyyə və Sudan böhranını müzakirə etmək üçün ərəb ölkələrinin xarici işlər nazirlərinin görüşündə, 7 may 2023.
Sudanın Misirdəki səfiri Əbdüləziz Həsən Saleh Ərəb Liqasının Qahirədə qərargahında Suriyada vəziyyə və Sudan böhranını müzakirə etmək üçün ərəb ölkələrinin xarici işlər nazirlərinin görüşündə, 7 may 2023.

Sudanda münaqişə aparan iki döyüşən qrupun nümayəndə heyətləri danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gəlib.

Ciddədə Afrika ölkəsinin hərbi qüvvələri ilə rəqib hərbiləşdirilmiş qruplar arasında aparılan danışıqlarda indiyə qədər ən ağır döyüşlərin getdiyi Xartum və Omdurmanda humanitar dəhlizlərin açılması məsələsinin diqqət mərkəzində olacağı gözlənilir.

İki tərəf - general Əbdül-Fəttah Burhanın rəhbərlik etdiyi Sudan ordusu və general Məhəmməd Həmdan Daqalonun başçılıq etdiyi Çevik Dəstək Qüvvələri aprelin 15-də döyüşlər başlayandan bəri görüşməyib.

Döyüşlər yüzlərlə insanın həyatına son qoyub, yüz minlərlə insanın qaçmaq məcburiyyətində qalması və Sudanın çökmək həddinə çatmasına gətirib çıxarıb.

Kövrək atəşkəs razılaşmaları münaqişəni dayandıra bilməyib.

Birləşmiş Millətlər Təşkilatının miqrasiya agentliyi keçən həftə bildirib ki, ölkədən qaçan 100 000 nəfərdən əlavə ən azı 334 000 insan döyüşlər nəticəsində məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin Qaçqınlar üzrə Agentliyi döyüşlərin 800 mindən çox insanın Sudanı tərk etməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

İnsanların çoxu Çad, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Misir və Efiopiya da daxil olmaqla Sudanla həmsərhəd olan yeddi ölkəyə gedir.

Təhlükəsizlik səbəbi ilə əksər yardım əməliyyatları dayandırılıb və ya ciddi şəkildə məhdudlaşdırılıb. Döyüşlərdə bir neçə yardım işçisi həlak olub.

Talanlar da yardım əməliyyatlarının keçirilməsinə mane olub.

Ümumdünya Ərzaq Proqramı Sudanda onun anbarlarından dəyəri 13-14 milyon dollar arasında olan təxminən 17 min ton ərzaqın oğurlandığını bildirib.

Ərzaq Proqramı hansı ehtiyatların qaldığını müəyyən etməyə çalışdığını bildirib. Döyüşlərdən əvvəl agentliyin ölkədə 80 000 tondan çox ehtiyatı var idi. Ümumdünya Ərzaq Proqramı yaxın günlərdə 384 min insanı ərzaq yardımı ilə təmin etməyi planlaşdırır.

BMT-nin Qaçqınlar Agentliyinin Darfur üzrə koordinatoru Darfurda talanların uzun müddətdir problem olduğunu və agntliyin bir çox obyektlərinin aprelin 15-dən bəri qarət edildiyini bildirib.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası bu yaxınlarda Sudanın Qızıl Aypara Cəmiyyətinin 200,000 nəfərə yardım çatdırmasına kömək məqsədilə təcili müraciətlə çıxış etdiyini bildirib.

XS
SM
MD
LG