Accessibility links

Zelenski və Von der Leyen Ukraynanın Aİ-yə inteqrasiyası və Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər


Avropa Komissiyasının prezidenti Von der Leyen və Ukrayna prezidenti Volodimir Zelenski Kyivdə birgə mətbuat konfransından sonra, 9 may, 2023.
Avropa Komissiyasının prezidenti Von der Leyen və Ukrayna prezidenti Volodimir Zelenski Kyivdə birgə mətbuat konfransından sonra, 9 may, 2023.

Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen Rusiyanın Ukrayna paytaxtına növbəti raket hücumundan sonra Kyivə səfər edib. Bu, Rusiyanın artıq ayın əvvəlindən paytaxta həyata keçirdiyi beşinci raket hücumudur.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, o, Avropa Komissiyasının prezidenti ilə ölkəsinin Avropa İttifaqına inteqrasiya istiqamətində irəliləyişini, Ukrayna ordusu üçün Avropadan sursat tədarükü və Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə ediblər.

Zelenski danışıqlardan sonra bildirib ki, o, Von der Leyenlə görüşü zamanı ona Ukrayna ordusunun Avropa İttifaqından artilleriya mərmilərinin daha sürətli təchizatına ehtiyacı olduğunu deyib.

Zelenski həmçinin bəzi Aİ ölkələrinin Ukraynadan taxıl ixracına tətbiq etdiyi məhdudiyyətləri tənqid etdiyini və bu addımların Rusiyanın xeyrinə olduğunu bildirib.

Von der Leyeninin Ukraynaya bu beşinci səfəri simvolik bir günə - Avropa İttifaqının mayın 9-da qeyd etdiyi Avropa Gününə təsadüf edir.

Ukrayna keçən il Avropa İttifaqına üzvlüyə namizəd statusu alıb.

Von der Leyen Twitter-də səfərlə bağlı yazıb ki, "Kyivə qayıtmaq xoşdur. Burada əziz tutduğumuz dəyərlər hər gün müdafiə olunur."

"Mən prezident Zelenskinin 9 May Avropa Gününü burada, Ukraynada da keçirmək qərarını alqışlayıram," o əlavə edib.

Von der Leyen Kyivə Rusiyanın mayın 8-də silsilə dron zərbələrinin ardınca Ukraynaya 25 qanadlı raket atmasından bir neçə saat sonra gəlib. Bu raketlərdən 15-i Kiyevə yönəlib.

"Ümumilikdə, mayın 9-na keçən gecə Ukraynaya iki hücum dalğası zamanı rus işğalçıları 25 qanadlı raket buraxıblar; onlardan 23-ü Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib", Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyənatında bildirilir.

Daha əvvəl paytaxtın hərbi administrasiyasının rəhbəri Serhiy Popko bildirib ki, Kiyevin hava hücumundan müdafiəsi şəhərin üzərində 15-ə yaxın raketi aşkar edib və məhv edib. Bununla belə Popko bildirib ki, tələfat və dağıntılar barədə məlumat yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG