Accessibility links

Araşdırma: Sadə ölçülərlə ildə bir milyon körpə ölümünün qarşısı alına bilər


Son araşdırmaya görə, hamilə qadınlara sadə və ucuz tibbi tədbirlərlə məsələn, aspirin təklif etməklə inkişaf etməkdə olan ölkələrdə hər il bir milyondan çox körpənin ölü doğulmasının və ya doğulduqdan sonra dərhal ölməsinin qarşısı alına bilər.

Beynəlxalq tədqiqatçılar qrupu dünyadakı körpələrin dörddə birinin ya vaxtından əvvəl, ya da az çəki ilə doğulduğunu və bu sahədə demək olar ki, heç bir irəliləyişin olmadığını əlavə edib.

Tədqiqatçılar hökumətləri və təşkilatları aşağı və orta gəlirli 81 ölkədə hamiləlik və doğuş zamanı qadınlara və körpələrə göstərilən qayğını artırmağa çağırıb.

Lancet jurnalında dərc olunmuş bir sıra məqalələrə görə, səkkiz sübut edilmiş və asanlıqla həyata keçirilə bilən ölçülər bu ölkələrdə 565 000-dən çox ölü doğumun qarşısını ala bilər.

Ölçülərə mikronutrient, zülal və enerji əlavələri, aşağı dozalı aspirin, progesteron hormonu, siqaretin zərərləri haqqında maarifləndirmə və sidikdə malyariya, sifilis və bakteriyaların müalicəsi daxildir. Araşdırmaya görə, steroidlər hamilə qadınlara təqdim edilsə və həkimlər dərhal göbək bağını sıxmasalar, 475 000-dən çox yeni doğulmuş körpənin ölümünün də qarşısı alına bilər.

Tədqiqatçıların fikrincə, bu dəyişikliklərin həyata keçirilməsi təxminən 1,1 milyard dollara başa gələcək.

Tədqiqat müəllifi, London Gigiyena və Tropik Tibb Məktəbindən Coy Laun AFP-yə bildirib ki, tədqiqatçılar vaxtından əvvəl doğulan və ya çəkisi az olan körpələr üçün yeni ölçülərdən istifadə edib. O, 1919-cu ildə bir finlandiyalı həkimi tərəfindən körpənin aşağı çəkiyə malik olduğunu müəyyən etmək üçün ənənəvi üsul - 2,5 kiloqramdan az çəki ilə doğulubsa - bunun "bir az təsadüfi seçim olduğunu" deyib. Laun "bu körpələrin hamısının eyni olmadığına" dair bir çox dəlilə baxmayaraq, bu "çox qeyri-dəqiq ölçünün" bir əsrdən çox müddət ərzində meyar olaraq qaldığını deyib.

Onun sözlərinə görə, tədqiqatçılar 2000-ci ildən 2020-ci ilə qədər 160 milyon sağ doğulan körpələrin məlumat bazasını təhlil edərək, onların "çox tez və çox kiçik" doğulduğunu öyrəniblər.

"Çox təəccüblüdür ki, bu barədə daha incə bir şəkildə düşünməyə başlayanda bunun daha çox yayıldığını gördük" - deyə, Laun bildirib.

Alimlər 2020-ci ildə dünyada doğulan körpələrin 35,3 milyonunun və ya hər dörddə birinin ya vaxtından əvvəl, ya da çox kiçik doğulduğunu deyərək, onları yeni "kiçik və həssas doğulmuşlar" termini altında təsnif edir.

Körpələrin əksəriyyəti Cənubi Asiya və Afrikanın səhraaltı ölkələrində doğulsa da, Laun hər bir ölkənin bundan təsirləndiyini vurğulayıb.

O, misal olaraq ABŞ-da hamilə afro-amerikalı qadınlara digər qruplara nisbətən daha aşağı səviyyədə qayğı göstərildiyini əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG