Accessibility links

İsrail qüvvələri İordan çayının qərb sahilində 2 fələstinlini öldürüb


İsrail əsgərləri çərşənbə günü İordan çayının qərb sahilində reyd zamanı iki fələstinlini öldürüblər. Bundan əlavə İsrail qüvvələri Qəzzə zolağında hava hücumları həyata keçirib. Ordu onların İslamçı Cihad qrupundan militantları hədəf aldığını bildirib.

Fələstinli militantlar İsrailin havadan zərbələrinə cavab olaraq, sərhədlərarası raket atıblar. Bu da İsrailin cənubunda sirenaları işə salıb.

Raketlərin tələfatla nəticələndiyinə dair dərhal məlumat paylaşılmayıb, ancaq fələstinli səhiyyə rəsmiləri İsrailin havadan zərbələrinin azı bir nəfərin ölümü, bir başqasının yaralanmasına səbəb olduğunu bildirib.

Hava hücumları İsrailin Qəzzəyə havadan zərbələrinin İslamçı Cihad qruplaşmasının üç yüksək səviyyəli militantının və qadınıar və uşaqlar daxil olmaqla azı 10 mülki vətəndaşın ölümü ilə nəticələnməsindən nir gün sonraya təsadüf edib.

İordan çayının qərb sahilində İsrail ordusu qoşunlarının reyd keçirdikləri zaman atəşə tutulduğunu bildirib ki, İsrail bu reydlərin son zamanlar militant şəbəkələrini pozmaq və hücumların qarşısını almaq məqsədi daşıyan demək hər gün həyata keçirilən bir taktika olduğunu deyir.

Reyd İordan çayının qərb sahilinin şimal hissəsində Qabatiya şəhərində keçirilin.

Bu il başlayandan bəri İsrailin açdığı atəş nəticəsində azı 107 fələstinli, fələstinlilərin hücumu nəticəsində isə 20 israilli öldürülüb.

Qəzzənin cənubunda isə fələstinli səhiyyə rəsmiləri İsrailin havadan zərbəsinin azı bir nəfəri öldürdüyünü, bir digərini yaraladığını bildirib.

XS
SM
MD
LG