Accessibility links

İran Azərbaycanında azı 9 məhkumun edam cəzası icra edilib


Urmiyə Mərkəzi Həbsxanası
Urmiyə Mərkəzi Həbsxanası

Keçən təqribən 2 həftə ərzində İran Azərbaycanı daxil olmaqla, İranın müxtəlif vilayətlərində onlarla məhkumun edam hökmü icra edilib.

Asılanların əksəriyyəti daha əvvəl qətl və narkotik qaçaqmalçılığı ittihamları ilə mühakimə edilən şəxslər olsa da, bir neçə nəfər inanc və ya siyasi düşüncə və fəaliyyətləri üzündən dar ağacından asılıb.

İnsan haqları təşkilatlarının son həftələrdə bildirdiyi edamların əksəriyyəti Kərəc şəhərində həyata keçirilib.

Son bir həftə ərzində İran Azərbaycanında azı 9 nəfər edam edilib. İran İnsan Haqları (IHR) təşkilatı və HRA agentliyi bu barədə məlumat yayıblar.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, keçən cümə günü Urmiyənin mərkəzi həbsxanasında asılan 4 məhkum narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar edam cəzası almışdı.

Qərbi Azərbaycan vilayətinin digər şəhəri Salmasda isə şənbə günü iki məhkumun ölüm cəzası icra edilib. İran İnsan Haqları (IHR) təşkilatına istinadən, Salmasda asılanlar da narkotik maddə qaçaqmalçılığı ittiham ilə mühakimə edilmişdilər.

Şənbə günü narkotik qaçaqmalçılığı ilə əlaqədar daha iki şəxsin edam hökmü Zəncan həbsxanasında həyata keçirilib. IHR təşkilatı onların 3 il öncədən həbsdə saxlanıldığını yazıb.

Bir həftə əvvəl Ərdəbil həbsxanasında isə qətl ittihamı ilə mühakimə edilmiş bir şəxs edam edilib.

XS
SM
MD
LG