Accessibility links

Bakıda Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara kömək məqsədi ilə futbol matçı keçirilib


Sabah və Beşiktaş futbol komandalarının oyunu (Mənbə: AZƏRTAC)
Sabah və Beşiktaş futbol komandalarının oyunu (Mənbə: AZƏRTAC)

Mayın 13-də Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında xeyriyyə oyunu keçirilib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən xeyriyyə matçı 3:3 hesablı bərabərliklə başa çatıb.

Matçdan əldə olunacaq gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.

Xeyriyyə matçına 30 minədək bilet satıldığı bildirilir. Biletlərin qiyməti 5 manatdan 300 manata qədərdir.

Qeyd edək ki, martın 26-da Ağdamın "Qarabağ" və Türkiyənin "Qalatasaray" klubları arasında da xeyriyyə oyunu keçirilib. Bakı Olimpiya Stadionunda təşkil olunan matçda İstanbul klubu 2:1 hesablı qələbə qazanıb. Bu görüşdən əldə olunan 1 milyon 90 min 455 manat Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndərilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG